Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

Zəlzələ zamanı baş vermiş çox qəribə hadisə

İctimaiyyətdə zülm, cinayət və günahlar yarandıqda bəlaların nazil olması qaçılmaz olur
Ayətullah Məhmməd İştihardi “Pəndhayi-cavidan” kitabında yazır: Zəlzələ, sel, tufan, kimi dünyada baş verən və bəzən də çoxlu dağıntı və təlafatlara səbəb olan hadisələr bizim əməllərimizin nəticəsidir. İctimaiyyətdə zülm, cinayət və günahlar yarandıqda bəlaların nazil olması qaçılmaz olur. Buna həyatda bir çox nümunə göstərmək olar. Məsələn, bir kəs təmizliyə riayət etməsə, xəstəliyə düçar olacaq, qanunun ziddinə əməl etsə, zindana düşəcək, süstülk və tənbəllik etsə, kasıblığa düçar olacaq və s.
Buna Qurani-kərimin bir sıra ayələrində, habelə bir çox rəvayətlərdə işarə olunmuşdur. O cümlədən “Rum” surəsinin 41-ci ayəsində buyurulur:
“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”
Bütün bunlarla yanaşı bu cür hadisələr hikmətlə doludur. Belə qəribə və hikmətli hadisələrdən birini sizin diqqətinizə çatdırmaq istərdim.

Qəzvin zəlzələsində qəribə bir hadisə

1962-ci il sentyabrın 1-də Qəzvində dəhşətli zəlzələ baş verdi və nəticədə təqribən 20 min insan həlak oldu. Bu zəlzələ, kimisi üçün əməlinin cəzası, kimisi üçün imtahan, kimisi üçün isə nəsihət idi.
Qəzvinin kəndlərindən olan bir nəfər fəhlə işləmək üçün Tehrana üz tutur. O, özünün əl zəhmətləri ilə bir miqdar pul toplayır və öz kəndinə, ailə-uşağının yanına qayıdır. Bir fasiq şəxs də bu sadə fəhlənin pul qazanmasından və pulu götürüb ailə-uşağın xərcləmək üçün kəndə yola düşməsindən xəbər tutur. Fasiq, fəhlənin pulunu oğurlamaq məqsədilə onun ardınca düşür. Fəhlə heç nədən xəbərsiz halda ailə və övladları üçün bazarlıq edib sevinə-sevinə öz evinə gedir. Onu izləyən oğru da həyətə girir və onun evinin banına çıxıb, oradan bunları güdür. Nəhayət, fəhlənin pulu harada gizlətməsini görür. Oğru pulu oğurlamaq üçün plan cızır və fikirləşir ki, bunlar yatdıqdan sonra onların körpə uşağını aparıb həyətin bir küncünə qoyaram. Sonra da uşağı ağladaram. Uşağın ağlamaq səsinə ata-anası çölə çıxacaq. Onlar uşağı tapınca, onun necə gəlib ora çıxmasını fikirləşincə, mən pulu götürüb evdən çıxaram.
Oğru belə də edir. Ata-ana yatdıqdan sonra yavaşca gəlib südəmər uşağı götürür və həyətin lap uzaq bir yerinə aparır. Orada uşağı ağladır və özü qaçıb gizlənir. Uşağın ağlamaq səsinə oyanan ata-ana onu axtararaq həyətin bir küncündə tapır. Onlar bu hadisədən dəhşətə gəlir. Vaxt fürsətindən istifadə edən oğru evə girir və pulu götürür. Amma otaqdan çıxmaq istədikdə həmin dəhşətli və qorxunc zəlzələ baş verir. Ev oğrunun başına uçur və o uçqunun altında qalaraq ölür.
Bundan xəbərsiz ailə qeybdən onlara kömək olunduğunu düşünür. Uşaq necə həyətə aparılıb... əgər uşaq çölə aparılmasaydı biz də evdə qalıb öləcəydik...
Bir neçə gündən sonra evdə qalmış ləvazimatı götürmək və evi yenidən tikmək üçün işə başlanılır. Bu zaman evdən xəyanətkar oğrunun meyiti tapılır. O, fəhlənin pulunu əlində tutmuş halda ölmüşdü. Bundan sonra məsələnin həqiqəti aydın olur.


1819 بازدید
در حال ارسال اطلاعات...