Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

İslam cəmiyyətində rəhbərin rolu nədir?

Sapsız iynə gecə-gündüz işləsə belə, faydasız olar
Hər bir hərəkət bir neçə ünsürdən ibarətdir: başlanğıc, yol, vasitə, bələdçi və məqsəd. Bu beş ünsür arasında bələdçi daha mühüm rol oynayır. Əgər bələdçi və ya rəhbər alim və pəhrizkar olarsa, yolçular yolunu azmaz.
Layiqli rəhbərə xalq itaət etsə, bütün çətinliklər həll olar. İynə iti, sap möhkəm bağlı olarsa, istənilən bir parçanı tikmək olar. Sap iynədən çıxdıqda isə ən nazik parçanı belə tikmək mümkünsüzdür. Sapsız iynə gecə-gündüz işləsə belə, faydasız olar. Mahir sürücü nasaz maşını təmir edib yoluna davam etdiyi kimi, peyğəmbərlər və imamlar da ən çətin ictimai şəraitlərdə öz ümmətlərini tərbiyələndirə bilmişlər. Ləyaqətsiz rəhbər isə naşı sürücü kimi ən qiymətli avtomobili hərəkətə g