Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

Bu gün Xanım Fatimənin (s) şəhadət günüdür

Fatimə (s) Peyğəmbərin əmisi oğlu, həm də birinci İmamımız həzrət Əli (ə) ilə bir yerdə, İslam Peyğəmbərinin (s) himayəsi altında ilahi tərbiyə alıblar.
Həzrət Fatimə (s.ə) İslam Peyğəmbərinin (s) dördüncü və ən kiçik qızı idi. Onu həm də Tahirə, Zəkiyyə, Raziyyə, Zəhra, Bətul çağırırdılar. Allah-Taala onu və onun aşiqlərini cəhənnəm atəşindən qoruyacağına görə “Fatimə” adlandırılıb. Erkən yaşlarından anasını itirən həzrət Fatimə (s) peyğəmbərlik vəzifəsini yerinə yetirən atasının mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olub. Atasına sədaqətli və əsl ana qayğısı göstərdiyinə görə “Ummu Əbiha”, yəni “atasının anası” adlandırılıb. Peyğəmbərin (s) öz kiçik qızı Fatiməyə (ə) olan məhəbbəti misils