Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

Ehtiyatlı olun ki, dünyadan müsəlman gedəsiniz...

Xanım Fatimeyi-Zəhranın (s) buyuruqları
Xanım Fatimeyi-Zəhra (s) Fədək xütbəsində buyurur:

Siz ey Allah bəndələri, sizə Allahın əmr və qadağaları var, siz Allahın dini və vəhy daşıyıcılarısız...

(اَنتُم عِبادَاللهِ نَصبُ أَمرِهِ وَنَهیِهِ وَ حَمَلَةُ دینِهِ وَ وَحیِهِ)


Siz özünüzə münasibətdə əmanətçi, Allah tərəfindən ümmətə haqqı çatdıranlar olmalısız. Güman edirsiz ki, bu məqamlar sizin haqqınız idi?

(وَ اُمَناءُ اللهِ عَلی اَنفُسِکُم وَ بُلَغاؤُهُ إلی الاُمَمِ وَ زَعَمتُم حَقّاً لَکُم؟)


Aranızda Allah üçün əhd-peyman var, Allahın yadigarı var...

(لِلهِ فیکُم عَهدٌ قَدَّمَهُ اِلَیکُم وَ بَقِیَّةٌ استَخلَفَها عَلَیکُم)


Allahın dəlilləri aydındır, onda qaranlıq nöqtə yoxdur. Bir sirri var , amma qapalı deyil. Ona tabe olanlara ümmətlər qibtə edər. Ona tabeçilik insanı rizvana – behiştin yüksək dərəcəsinə aparar...

(بَیِّنَةٌ بَصائِرُهُ، مَنکَشِفَةٌ سَرائِرُهُ، مُتَجَلِّیَّةٌ ظَواهِرُهُ، مُغتَبِطَةٌ بِهِ أشیاعُهُ، قائدٌ إلَی الرِّضوَانِ اتّباعُهُ)


Biz əhli-beytə itaəti vacib etdi ki, şəriət və millətin nizamı olsun...

(وَ طاعَتَنا نِظاماً لِلْمِلَّةِ...)


Sileyi-rəhimi (yaxınları yoxlamağı ) qərar verdi ki, ömürlər uzun olsun, artıma səbəb olsun...

(وَ صِلَةَ الْاَرْحامِ مِنْساةً فِي الْعُمْرِ وَ مَنْماةً لِلْعَدَدِ)


Lazım olan kimi Allahdan çəkinin, ehtiyatlı olun ki, dünyadan müsəlman gedəsiniz...

(فَاتَّقُوا اللَّهَ حَقَّ تُقاتِهِ، وَ لا تَمُوتُنَّ اِلاَّ وَ اَنْتُمْ مُسْلِمُونَ)


Vilayet.info


1674 بازدید