Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2016

Ayətullah Zəncani namazın təqibində hansı duaları oxuyur?

Ayətullah əl-üzma Şübeyr Zəncani ilə müsahibə
Ayətullah əl-üzma Şübeyr Zəncani ilə müsahibə

- Sizin vacib namazlardan sonra oxuduğunuz təqiblər hansılardır?

- Namazdan sonra oxuduğum təqiblər bunlardır:

1. Ayətul-kürsü "və huvəl əliyyul-əzim"ə qədər.
2. Həzrət Fatimə Zəhra (ə) təsbihi.
3. Üç dəfə Tövhid surəsi.
4. Üç dəfə salavat.
5. Üç dəfə:

وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًاوَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

“Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən və yərzuqhu min həysu la yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. İnnəllahə baliğu əmrih. Qəd cələllahu likulli şəyin qədra”.

6. Otuz dəfə təsbihati ərbəə. Çünki hər bir vacib namazdan sonra, əsasən də namazı qəsr olan müsafir üçün təsbihati ərbəə oxumaq müstəhəbdir.
7. Həzrət Vəliyyi-Əsrin (əc) salamatlığı üçün dua.
8. Səcdədə bir nəfəsə 14 dəfə "یا واسع یا وهّاب" (Ya Vase, Ya Vəhhab) oxumaq. Əgər nəfəsi çatmazsa 14 dəfə یا وهّاب (Ya Vəhhab) desin. Mən bunun rəvayətini görməmişəm. Amma elm, zikr və dua əhli olan adamların qəbul etdikləri Tehran alimlərindən olan Cənab Seyid Əbul Həsən Mürtəzəvi bu duanı maddi və onun kimi müşküllərin həll olması üçün sifariş etmişdi.

Cənab Hacıağa Rza Sədr deyir: Mənim çoxlu maddi müşküllərim var idi ki, həll olmurdu. Seyid Əbul Həsən Mürtəza bu göstərişi (yuxarıdakı zikrin oxunmasını) mənə verdi.
<