Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2016

Zühurun (fərəcin) tezləşməsi üçün edilən duaların hansı təsirləri var?

Nə qədər ki, həzrət qeybdədir, şiələr sıxıntı və təzyiqə məruz qalasıdır
Sahibəzzaman (Mehdi) İshaq ibn Yəquba cavabında yazır: “Həqiqi və kamil qurtuluşun tezləşməsi üçün çox dua edin. Həqiqətən, sizin qurtuluşunuz bundadır.” (“Kəmalud-din”, s.485)
Bilirik ki, şiələrin qurtuluşu həzrət Mehdinin (ə) zühuru sayəsində mümkün olasıdır. Nə qədər ki, həzrət qeybdədir, şiələr sıxıntı və təzyiqə məruz qalasıdır.
Hədisdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru dövrü həm tezləşə, həm də yubana bilər. (“Bəda.”) Həzrətin zühurunun tezləşmə amillərindən biri duadır. Bilirik ki, qəlb istəyi və zəminə olmadan edilən dua təsirsizdir. İnsan həm dili və qəlbi ilə istəməli, həm də əməli olaraq öz istəyinə zəminə yaratmalıdır.


962 بازدید