Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2016

Ayətullah Sistani: Bir cəmiyyətdə zəifin haqqı güclüdən alınmasa...

Ayətullah Sistaninin gənclərə əxlaqi tövsiyələrinin xülasəsi (hozeh.tebyan.net)
Ayətullah-üzma Seyid Sistani buyurur:

Əziz gənclərin taleyi özümün və ailəmin taleyi qədər mənim üçün əhəmiyyətlidir. Sizə səkkiz nəsihətim var:

1.Allaha və axirətə düzgün etiqad
Kim Allahın varlığı və axirət gününə diqqətsiz olsa, inanmasa, həyatın mənası və aqibətindən qəflətdə qalar, yaranışın sirrini anlamaz... Yeniyetmə, gənclik dövründə imanında zəiflik görən, vacibləri (namaz, oruc) yerinə yetirməyə çətinlik çəkən, dünya ləzzətlərinə meylli olan şəxs Allahla rabitələrini kəssə, geriyə qayıdış yolunu üzünə bağlamış olar...

2.Gözəl əxlaqla zinətlənmək
Xoş rəftar, güzəşt, sadəlik, səbir kimi sifətlər dünya və axirət səadətinə çatmaqda mühüm amillərdəndir...

3.Bir peşə, ixtisasa kamil sahib olmaq, bu məqsədə çatmaq üçün çalışmaq və çətinliklərə dözmək
İnsan peşə qazanmaqla işsizlikdən xilas olur, məşğul olur, ruzi qazanır, ailəsi və cəmiyyətə fayda verir. İnsan işinə diqqətli olmalıdır. Allah daim ona nəzarət edir, başqalarının haqqını batmağa qoymur...

4.Yaxşı işlərə bağlılıq, pis işlərdən çəkinmək
Allah-Taala buyurur ki, sorağınıza gələn müsibətlər öz əməllərinizin nəticəsidir. Allah onların çoxunu bağışlayır... Xüsusilə qızlar və xanımlar iffətli olsun, ağır davransın... Vicdanınızı özünüzlə insanlar arasında hakim seçin...

5.Ailə qurmağa, övlad sahibi olmağa yubanmamaq
Rəvayətlərdə var ki, ailə quran şəxs dininin yarısını qoruyub... Yoxsulluqqdan qorxub, evlənməyi təxirə salmayın... Allah evlənməkdə bərəkət qərar verib... Ailə qurduğunuz şəxsin gözəlliyinə yox, əxlaq, iman, əsil-nəcabətinə baxın. Həyat yoldaşını gözəllik yox, imanına görə seçsən bu seçimdə böyük bərəkətlər var...

6.Xeyriyyəçiliyə çalışmaq, xalqa, xüsusilə yetimlərə və dul qadınlara kömək etmək
Bu işlər insanın imanını möhkəmləndirir

7.Ailədə, cəmiyyətdə üzərinizdə məsuliyyəti olanlara borcunuzu ödəyin. Ata övlad, ər arvad, insan cəmiyyət qarşısında məsuliyyətini yerinə yetirməlidir...
Əmirəlmöminin buyurur ki, həzrət Peyğəmbərdən dəfələrlə eşitmişəm: Bir cəmiyyətdə zəifin haqqı güclüdən alınmasa, o xalqda paklıq qalmaz...

8.Təhsil ruhiyyəsi ilə zinətlənmək, elm və mərifəti artırmaq
Hikmət verilən insan böyük xeyirdən faydalanıb. Allahdan elm istəyin. Üç kitaba daha artıq əhəmiyyət verin: Qurani-Kərim, Nəhcül-Bəlağə, Səhifeyi-Səccadiyyə
Allah sizi dünya və axirət səadətinə aparan işlərdə müvəffəq etsin...

h-q. 28 rəbiüləvvəl, 1437

Vilayet.info


1568 بازدید
در حال ارسال اطلاعات...