Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2016

Adəm (ə) günahkardırmı?

İlahi dərgaha yaxın insanların əməlləri, onların məqamına görə ölçülür
Yəhudilərin və məsihilərin müqəddəs kitablarına əsasən, Adəm (ə) çox ağır günaha yol vermişdir. Lakin İslam mənbələrində Adəmin günaha yol verdiyi qətiyyətlə inkar olunur.
Bilirik ki, Adəm ilahi peyğəmbərlərdəndir. Quran ayələrinə əsasən, ilahi peyğəmbərlər günah edə bilməz. Bəzilərinin günah adlandırdığı müəyyən əməllər isə, mütləq günah deyil, «tərki-əvla»dır. «Əvlanın» lüğəti mənası, «ən üstün» deməkdir. «Tərki-əvla» ən üstün, ən yaxşı əməlin tərk edilməsidir. Məsələn, çox varlı bir adam kasıb qonşusuna böyük köməklər göstərə biləcəyi halda, cüzi bir yardım göstərir. Bu varlığın haqqında elə ittihamlar irəli sürülür ki, guya həmin şəxs günaha yol verib. Əslində isə, heç bir günah baş verməyib. Sadəcə, yaxşı bir işi tərk edib.
İlahi dərgaha yaxın insanların əməlləri, onların məqamına görə ölçülür. Adi bir insan üçün günaha hesab olunmayan əməl, övliyalar üçün qüsur sayıla bilər. Ona görə də, tərki-əvlaya yol vermiş peyğəmbərlər, dərhal cəzalandırılırlar.
Adəmin qadağan olunmuş ağaca toxunması günah yox , tərki-əvladır. Bu əmələ görə, adi bir adam heç vaxt cəzalandırılmazdı. Adəm peyğəmbərin cəzalandırılmasının səbəbi, onun yüksək məqamı idi. Allah-Taala «bu ağaca yaxınlaşmayın, yoxsa özünüzə zülm edənlərdən olarsınız» buyuraraq, sadəcə, Adəmə xəbərdarlıq etmişdir.


940 بازدید
در حال ارسال اطلاعات...