Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2016

Mərhum Dolabi: Fəqirlərin evinə gedin! Qorxmayın!

Sən ehtiyaclıya mehibanlıq etdiyin kimi Allah da sənə mərhəmət edəcək
Mərhum Mirzə İsmayıl Dolabi sifariş edərək deyir: 

Sərvətli şəxs bir evə daxil olduqda, elə bil o evin adamına yüz milyon pul köməklik edir. O vaxt pul verməsi yaxşı deyil. Mən yoxsulların evinə getdikdə deyirdilər ki, sərvətli adamın oğludur. Mən yoxsul idim, amma camaat bunu bilmirdi. Onlara bir şey verməyə getməmişdim. Dəvət etmişdi ki, nahara yoxsulların evinə gedim. Onlar mənim gəlişimdən sanki məst olurdular, ər-arvad sevinclərindən sanki rəqs edirdilər.
Fəqirlərin evinə gedin, qorxmayın. O vaxt onlara bir şey verməyin. Çünki bu, işinizin ləzzətini aradan aparır. Nə versəniz, sonradan verin. Onların evinə qədəm qoymağınızla, onlara çox şey vermisiniz. İnşallah, Allah da sizinlə həmin rəftarı edəcək. Hətta, gözləmədiyin, yuxuna da girməyəcəyi bir şeyi sənə verəcək. Allah, verdiyinin əvəzini qaytaracaq. Gecikdirməyəcək. Sən ehtiyaclıya mehibanlıq etdiyin kimi Allah da sənə mərhəmət edəcək. Bir qonşunun dərdinə acıyırsansa, bir yoxsulun görüşünə gedirsənsə, elə bu ona bəsdir. Onun qabı dolacaq. Amma əvvəl ona heç nə vermə, sonradan göndər.
Mən özüm yoxsulam. Həm dünya yoxsulu, həm də axirət. Allah fəqir yaratmışdır və lütf etmişdir ki, fəqirlərlə oturub-durum. Onlar çox sevinirlər. Hər kəs Allaha xatir fəqirlərlə otursa, bu birgəlik ona izzət gətirər. Peyğəmbər (s) buyurdu: “Fəqirlik, mənim fəxrimdir”. Hamı onun çevrəsində oturmağı xoşlayır. Səma və yer əhli, ilahi övliyalar hamısı onun aşiqidir. Bu ümmət hamısı onda qərq olub, onun süfrəsi başında oturub. Allahın Peyğəmbərindən (s) nə deyim?! Salavatdan başqa əlacım yoxdur.

“Tubayi-məhəbbət”, səh. 127.
</