Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2016

Uşaqlar nə üçün məsciddə təhsili sevir?

Hər işdə rəqabət olmalıdır!
Hazırda dünya ölkələrində mövcud olan təhsil sistemindən öncə müsəlman ölkələrində uşaqlar ibtidai təhsilini məktəbxanada, yəni məscid mədrəsəsində alardı. Zaman dəyişdi, bu sırada İran İslam Respublikasında da yeni məktəblər və təhsil proqramları keçmişdəkiləri əvəz etdi. Amma keçmişin ənənələri öz müsbət xüsusiyyətlərinə görə insanları cəzb etməkdədir. Əgər əksər ölkələrdə keçmiş təhsil sisteminə qayıdış qeyi-mümkün olsa da, İran İslam Respublikasında bu sahədə fəaliyyətlər tam azaddır. (mehrnews.com)
Müqəddəs Məşhəd şəhərinin Sənətgəran məscidində 700 uşaq təhsil alır. Bu uşaqlara 40 müəllim hazırda ölkə məktəblərində tədris olunan proqram əsasında dərs keçir. Məktəblə məkətbxana arasında fərq nədir, nə üçün uşaqalar və valideynlər məscid məktəbini seçib? Sənətgəran mədrəsəsində təhsil proqramından əlavə uşaqlar dini biliklər qazanır. Onlar ailə üçün dəyərli bir övlad kimi tərbiyə edilir. Körpələr məktəbxanaya gəldiyi zaman valideynlər də dərsdə iştirak edir.
Müəllimlər bu işi təmənnasız görür. Nə hər hansı təşkilat, nə də uşaqlardan pul alınmır. Sənətgəran məscid məktəbi o qədər məşhurlaşıb ki, övladının bu məktəbdə oxuması üçün başqa şəhərdən Məşhədə köçən ailələr var. Mədrəsənin məsulu cənab Neməti deyir: 6-cı sinfə çatan şagird imtahan verib, ibtidai təhsil haqqında şəhadətnamə alır. Növbəti mərhələləri başa vuran məktəblilər də şəhadətnamə alırlar... Rəqabət inkişaf amilidir. Düşünürəm ki, təhsildə də rəqabət olmalıdır. Bizim məktəb rəsmi məktəblərdə inkişaf stimulu yaradır. Uşaqlar məscid mədrəsəsinə rəğbət göstərir. Onlar daha azaddır, müəllimlərin səmimi rəftarı onları cəzb edir...

Vilayet. info


1363 بازدید
در حال ارسال اطلاعات...