Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Həzrət Məsumənin (s.ə) vəfat günü

Həzrət Məsumə (s.ə) hicri-qəməri 173-cü il, zilqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. Hicri-qəməri 200-cü ildə Məmun Abbasinin əmri ilə, İmam Riza (ə) sürgünə bənzəyən Mərv səfərinə çıxmışdır.
Qardaşının hicrətindən bir il keçdikdən sonar onu görmək şövqündə olan həzrət Məsumə (s.ə) qardaşları və qohumları ilə Xorasana tərəf yola düşdü.
Karvan «Savə» şəhərinə çatdıqda, hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar.
Nəticədə təxminən karvanın bütün kişiləri şəhid oldu, bir rəvayətə əsasən həzrət Məsumə (s.ə) isə zəhərləndi.
Xanım xəstələndi və Xorasana gedə bilməyib Qum şəhərinə yola düşdü.
Əşəri qəbiləsinin ağsaqqalı Musa ibn Xəzrəc o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Məsumə hicri-qəməri 201-ci il, təqribən rəbiuləvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu. O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək «Sittiyyə mədrəsəsində» «Beytun-nur» adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.
Rəvayətə əsasən rəbiüssani ayının 10-da (201 h-q) həzrət öz qardaşı İmam Rizanı görmədən dünyasını dəyişib.
Həzrət Məsumənin dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.
Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavadın (ə) qızı Zeynəb (ə) o həzrətin qəbri üzərində ilk dəfə günbəz tikdirdi.

Nur-az.com


104 بازدید
در حال ارسال اطلاعات...