Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2016

İBADƏT

Müqəddəs İslam dinində ibadət bütün təlimlərin sərlövhəsidir
Hər bir cəhətdən yeganə olan Allaha ibadət və pərəstiş etmək Ondan başqa hər bir varlığa pərəstişi tərk etmək ilahi peyğəmbərlərin təlimlərinin əsas prinsiplərindən biridir. Peyğəmbərlərin heç birinin təlimləri ibadətsiz olmamışdır.
Bildiyimiz kimi, müqəddəs İslam dinində də ibadət bütün təlimlərin sərlövhəsidir. İslam dinində ibadət həyatdan ayrı olan, tamamilə başqa dünyaya aid olan təlimlər silsiləsindən ibarət deyildir. Əksinə, islami ibadət həyat fəlsəfələri ilə yanaşı, ayrılmaz və həyatın bətnindədir.
İslami ibadətlərin bəziləri müştərək şəkildə və insanların cəmliyində yerinə yetirilir. Bundan əlavə, islam dini fərdi ibadətləri də elə bir formaya salmışdır ki, həyatın vəzifələrindən bir qisminin yerinə yetirilməsini öhdəsinə alır. Məsələn, kamil bəndəçiliyin izhar edilməsinin nümunəsi olan namazın islamda özünə xas forması var, hətta xəlvət bir məkanda, təklikdə ibadət etmək istəyən bir şəxs də bəzi əxlaqi-ictimai məsələləri, o cümlədən paklıq, başqalarının hüququna ehtiram qoyulması, vaxtın və coğrafi cəhətin tanınması, hisslərin nəzarət altına alınması, Allahın bəyənilmiş və layiqli bəndələri ilə sülh və səfada olmaq və s. kimi vəzifələri yerinə yetirməyi özünə borc bilir.


Ustad Şəhid Mürtəza Mütəhhəri


1047 بازدید
در حال ارسال اطلاعات...