Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2016

Hacı Qasim Süleymaninin sevimli olmasının sirri nədir?

Qasim Süleymani xarici mediada məxfi komandir kimi tanıdılır
Qasim Süleymani xarici mediada məxfi komandir kimi tanıdılır. Bunun da səbəbi onun müxtəlif cəbhələrdə İranın komandiri olaraq İŞİD-lə gizli döyüşməsidir. O, SEPAH-ın Qüds korpusunun komandiri olsa da ötən ilə qədər onun zəhmətlərinin və həlledici rolunun ümumi diqqəti az cəlb etməsinə cəhd edilirdi. Generalın İraq və Suriyada ön cəbhədə çoxlu şəkil və video-çarxlarının yayılmasından, şücaətlərinin dəfələrlə qeyd olunmasından sonra Hacı Qasim Süleymani düşmənin qorxduğu sevimli bir simaya çevrildi. Qarşıya çıxan sual budur ki, KİV tərəfindən Süleymaninin təbliğ olunmasının və onun şücaətlərinin üzə çıxarılmasının səbəbi nədir?



Hacı Qasimə KİV-də hörmətlə yanaşılmasının səbəblərindən biri 1988-ci ildə İranda daxili dəyişikliklərdən sonra SEPAH-ın ictimai əlaqələr kompaniyası ilə bağlıdır. Təqaüddə olan SEPAH komandirlərindən birinin dediklərinə görə, Qasim Süleymani, Şəhid Mustafa Çəmran və Musa Sədr kimi qəhrəman rolunu oynayır və İranın gənc nəslinin sevimlisinə çevrilə bilər. Ölkənin gənclərinin sevdiyi canlı bir qəhrəmanın vücudu zəruridir.
2011-ci ildən sonra İran İslam Respublikasının mədəniyyət mərkəzləri SEPAH komandirlərinin müsbət simalarını nümayiş etdirməyə cəhd ediblər.
“Mən İranda dəyişikliyin lüzumunu dərk edirəm. Amma bizim nəslimizin müxalifət hərəkatların əlinə düşməsini istəmirəm. Biz, İranın Suriyaya çevrilməsinə icazə verə bilmərik və bizi qoruya biləcək yeganə qüvvə SEPAH-dır”. Bu, Bəsic üzvü olan 30 yaşlı iranlı bir gəncin sözləridir.
2014 və 2015-ci illərdə Yaxın Şərqdə İran və şiələrin düşməni olan İŞİD-in tez bir zamanda güclənməsi İrana ciddi xəbərdarlıq etdi. Ötən il ölkədə bir neçə bomba həyəcanları və onların zərərsizləşdirilməsi, camiəni bu mövzuya daha artıq həssas etdi. Bu arada SEPAH-ın, xüsusən də General Süleymaninin rolunu dəstəkləyən bir sıra sosial kompaniyalar, şəkil və videolar formalaşdı.
Hal-hazırda General Qasim Süleymani İran xalqının müdafiəçisi, İŞİD-lə mübarizə meydanında təsirli lider kimi tanıdılır. O, təkcə İran xalqının deyil, hətta İrana qarşı düşmən mövqeidə tutan ölkələrin xalqlarının da hörmət bəslədikləri bir qəhrəmana çevrilmişdir.




1676 بازدید
در حال ارسال اطلاعات...