Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2016

Həzrət Əlidən (ə) yüz tümən istəyən tələbə...

Ustad Qəraətidən maraqlı bir əhvalat
Söhbət arası yada saldığı ibrətamiz əhvalatlarla məşhur olan ustad Qəraəti deyir:

Nəcəfdə təhsil alan iranlı tələbələrdən birinin maddi durumu çox ağır olur, Həzrət Əlinin (ə) hərəminə gedib təvəssül edir, deyir: Ya Əli, siz yoxsullara əl tutan həmin qayğıkeş imamsız. Mən də ehtiyac atəşində yanıram, yüz tümənə ehtiyacım var...
Hərəmdən çıxarkən iranlı zəvvarla rastlaşır. Hal-əhval tutduqdan sonra zəvvar ona yüz tümən verib deyir ki, atan göndərib. Tələbə zəvvarla sağollaşır, hərəmə qayıdır. Zərihdən tutub deyir: Ya Əli, bu yüz tüməni atam göndərmişdi, indi sizin yüz tüməni gözləyirəm...
Evə çatanda əlini cibinə atır, görür pul yoxdur. Qaçaraq qayıdır geri. Hərəmdə, ətraf dükanlarda elan edir k