Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2016

Alim və arif Ayətullah Mərəşi Nəcəfinin arifanə vəsiyyətnaməsi

Vəsiyyət edirəm ki, 70 il müddətində üzərində gecə namazı qıldığım səccadəmi mənimlə dəfn olunsun.
Ona (böyük oğlu höccətül-islam Seyid Mahmud Mərəşiyə) vəsiyyət edirəm ki, bekarlıqdan, batil və puç işlərdən, əziz ömrünü faydasız işlərə sərf etməkdən uzaq olsun. Rəvayətdə gəlib: “Allah, işləməyən cavana qəzəblənər”.
Vəsiyyət edirəm ki, məsum imamların (ə), onların övladlarının, səhabələrinin və böyük şəxsiyyətlərin qəbri üzərindən topladığım torpaq kisəsini təbərrük üçün mənimlə dəfn edin və ondan bir miqdarını da üzümün altına, bir miqdarını da üzümlə üzbəüz yerə qoyun.
Vəsiyyət edirəm ki, Məhərrəm və səfər aylarında sevimli Peyğəmbərimizin (s) Əhli-beytinin (ə) başına gətirilən müsibətlərə görə hüzn və qəm duyğularının ifadəsi olaraq geyindiyim qara libası mənimlə birgə dəfn etsinlər.
Vəsiyyət edirəm ki, 70 il müddətində üzərində gecə namazı qıldığım səccadəmi mənimlə dəfn olunsun.
Vəsiyyət edirəm ki, İmam Hüseyn (ə) türbətindən hazırlanmış və gecələr onun dənələrinin sayı qədər istiğfar etdiyim təsbihi mənimlə dəfn olunsun.
Cəddim Hüseynin (ə) və onun əziz əhli-beytinin (ə) matəmində çoxlu göz yaşları axıtdığım və üzümün yaşını quruladığım dəsmalı kəfənlə birgə sinəmin üzərinə qoymağınızı vəsiyyət edirəm.
Ona (böyük oğluma) vəsiyyət edirəm ki, həmişə təharətli və dəstəmazlı olsun. Çünki bunun özü mənəvi nuraniliyə, qəm və kədərlərin aradan qalxmasına səbəb olur.
Vəsiyyət edirəm ki, cənazəmi Bibi Fatimeyi-Məsumənin (s) qəbri ilə üzbəüz qoysunlar, dəxil olaraq, əmmaməmin bir ucunu zərihə, o biri ucunu tabuta bağlasınlar. Bu vəziyyətdə ağam imam Hüseynin (ə) öz əhli beyti ilə vida müsibətini oxusunlar.
Cənazəmi cəddimə əzadarlıq etmək üçün təsis etdiyim hüseyniyyədə qoysunlar, (yuxarıda dediyim) əmmaməni bağlamaq əməlini təkrar etsinlər. Belə ki, əmmamənin bir ucunu Seyyidüş-şühədanın (ə) minbərinə, bir ucunu da tabuta bağlasınlar. Həmin halda vida müsibətini oxusunlar.
Vəsiyyət edirəm ki, (böyük oğlum) himmət kəməri bağlasın, ciddi və bütün iradəsi ilə hənif dinin tərvicinə, on iki imam məzhəbinin müdafiəsinə qalxsın. Çünki bu məzhəb qəribdir və uca səslə fəryad edir: “Bir kömək edən varmı ki, məni müdafiə etsin?” Bir kəsin onun naləsinə ləbbeyk deməsini görmürəm. Təkcə Allahın onların səylərindən təşəkkür etdiyi az bir dəstədən başqa.
Vəsiyyət edirəm, get-gəli, bir yerdə oturub-durmağı azaltmağı. Çünki bu zamanda belə əlaqələrin həm maneçiliyi var, həm də təhlükəsi. Möminlərin haqqında qeybət, böhtan olmadığı, onların hüquqlarının zay edilmədiyi, təhqir olunmadığı və eyibləri axtarılmadığı çox az yığıncaqlar tapılar.
Vəsiyyət edirəm ona (böyük oğlumu) sileyi-rəhim etməyi (qohumların görüşünə getməyi). Çünki sileyi-rəhim ömürə bərəkət verən, tövfiq gətirən və ruzini artıran ən güclü vasitədir.
Vəsiyyət edirəm ona davamlı surətdə rükunun zikrindən sonra, xüsusən də sonuncu rükuda bu duanı oxumağı: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və tərəhhəm əla əczina və əğsina bihəqqihim”.
Vəsiyyət edirəm ki, məni həmin kitabxanada dəfn etməyə çalışsın. Hətta, mənim əcəlim Qumdan kənarda da yetişmiş olsa.
Həzrət Ayətullah Mərəşi Nəcəfinin oğlu deyir: “Atamdan kitabxanada dəfn olunmaq üçün vəsiyyət etməsinin səbəbini soruşduqda buyurdu: İllər öncə mənim dəfnim üçün həzrət Fatimeyi-Məsumənin (s) hərəmində münasib yer nəzərdə tutulmuşdur. Lakin istəyirəm, ümumi kitabxanada Ali Muhəmmədin (s) elmlərini mütaliə etmək üçün bu kitabxanaya gələn şəxslərin ayağı altında dəfn olum”.
Vəsiyyət edirəm Allahın kitabında təfəkkür etməyi və ondan nəsihət götürməyi, qəbristan əhlinin ziyarətinə getməyi, onların dünən kim, bu gün nə olmaları, necə olduqları, harada olduqları və bu gün harada olmaları barədə düşünməyi.
Vəsiyyət edirəm zöhd və dünyaya etinasızlığı, təqvalı, pərhizkar və ehtiyatlı olmağı.
Camieyi-kəbirə ziyarətini davamlı olaraq oxumağı vəsiyyət edirəm. Həftədə bir dəfə də olsa, oxuyun.
Hər gün bir dəfə sübh namazından sonra Yasin surəsini, zöhr namazından sonra Nəbə surəsini, əsr namazından sonra Əsr surəsini, məğrib namazından sonra Vaqiə surəsini, işa namazından sonra Mulk surəsini oxuyun. Bu dediklərimi bir də təkid edirəm. Çünki mən özüm şəxsən rəvayət edirəm bu üslubu özümün böyük ustadlarımdan və dəfələrlə təcrübə etmişəm.
Vəsiyyət edirəm nənəmiz Zəhrayi-Bətulun (ruhum ona fəda olsun) təsbihatını davamlı surətdə zikr etməyi.
Təkidlə vəsiyyət edirəm gecə namazını və gecələr istiğfar etməyi.
Vəsiyyət edirəm fəqirlərin, seyidlərin və din elmlərinin tələbələrinin haqqında yaxşılıq etməyi.
Vəsiyyət edirəm ki, dünyanın müsibətlərində dözümlü olun, xüsusən də həsəd aparan insanların ox meydanında. Sənin məzlum və qərib atanla necə rəftar olunmasını yada sal.
Vəsiyyət edirəm şəri elmlərlə məşğul olmağı və onu öyrənməyi.


1038 بازدید
در حال ارسال اطلاعات...