Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2016

Həzrət Əlidən (ə) 21 nəsihət

Təqva qalxandır
Həzrət İmam Əli (ə) Malik Əştərə buyurdu: "Ey Malik! Bu sözləri yadında saxla..."

1. Hər kəsin yəqinliyi süst olsa, mərdliyi naqisdir.
2. Hər kəsin tamahı çox olsa, özünü yüngül edər.
3. Hər kəs özünün yoxsulluğunu və vəziyyətinin pisliyini ifşa etsə, zillətə razı olub.
4. Hər kəs öz sirrini açsa, özünü təhqir etmişdir.
5. Hər kəs dilini özünə hakim etsə və düşünmədən danışsa, özünü təhlükəyə atıb.
6. Çox hərislik, şəxsiyyətin qatilidir.
7. Hər kəs neçə yerə ürək bağlasa (bir əlində iki qarpız tutmaq istəsə), hamısından əli üzülər.
8. Paxıllıq rüsvayçılıqdır.
9. Qorxu əskiklikdir.
10. Təqva qalxandır.
11. Nəfsini günaha aludə olmaqdan qoru.
12. Şükür, sərvət və sərmayədir.
13. Hadisə zamanı səbr və dözüm, şücaətdir.