Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Mart 2016

Dünya qəm-qüssəsinin kökləri... Sərvət, iflas, intihar...

Dünyada intihar edənlərin böyük bir qismi müflis olanlardır
Üsuli-Kafidə İmam Baqirdən (ə) nəql olunmuş rəvayətdə deyilir:

Dünyada intihar edənlərin böyük bir hissəsi müflis olanlardır. Onıların bir qismi borclarını ödəyə bilmədiyindən, bir qismi yoxsul həyata dözümsüzlükdən böhran keçirir. Təbii ki, sərvətli insan müflis olur. İflas və iflasdan yaranan böhran orta və aşağı təbəqədən olan insanlara aid deyil. İnsanın dərdləri onun sərvəti böyüklükdədir. Bütün bunları görüb nəticə çıxaran insan Allahın iradəsinə qarşı gedib, dünyanı axirətdən üstün tutmur.

Allah-Taala buyurur ki, kim öz istəyini mənim istəyimdən üstün tutdusa, işləri dolaşdı, dünyası qarışdı, qəlbi bu işlərə məşğul oldu. Amma dünyadan ona yazılandan artıq bir şey əldə etmədi...
Kim mənim istəyimi öz istəyindən üstün tutdusa, mələklərim onu qorudu, göyləri və yeri ona ruzi etdim. Müamilədə onun üçün ən üstün tərəf-müqabil oldum. Dünya təvazö ilə ona doğru gəldi...

İlk baxışdan ziddiyyətli görünəcək ayədə Allah-Taala (İnsan surəsində) buyurur: Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir!
Bu o deməkdir ki, siz hətta Allahın istəyinə qarşı gedəndə hərəkət gücünüz Allahdandır. Əllamə Təbatəbai buyurur ki, Allahın istəyi insanı məcbur etmir. İnsan azad şəkildə Allahın razılığını seçməlidir. Demək, insan öz iradəsi ilə addım atır.

Vilayet.info


1708 بازدید
در حال ارسال اطلاعات...