Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2016

Xalqa arxalanan dövlətin Amerikadan qorxması ağılsızlıqdır!

Ayətullah Xameneinin Müqəddəs Məşhəddə çıxışından
Cənab Rəhbər Ayətullah Xamenei yeni ilin ilk günü Məşhəddə İmam Riza (ə) hərəminin zəvvarları ilə görüşüb. Rəhbər çıxışında buyurub:

Amerikalılar nüvə razılaşmasındakı vədlərinə əməl etmədilər, görəcəkləri işi yerinə yetirmədilər...
Tutduğu məntiqi və inqilabi yol əziz İranı təhlükə və sanksiyalardan qoruyur, dövlətə güc verir ki, ümumi həmrəylik, üç qüvvənin həmkarlığı sayəsində ilin sonunda xalqa etimad yaradan hesabat versin...
Hazırki dönəmdə amerikalılar ölkənin elmi cəmiyyəti, ictimai fikrə belə bir baxışı hakim etmək istəyir ki, İran xalqı iki yol ayrıcında qalıb və iki yoldan birini seçməyə məcburdur. Onlar iddia edirlər ki, bu iki yol ya Amerika ilə razılaşmaq, ya da daimi təzyiqlər altında qalmaqdır...
Qarşı tərəf Amerika kimi dövlətsə, bu tərəflə razılaşmaq bəzi prinsiplərdən vaz keçməkdir... Bu təhlükəli təfəkkürün mənası budur ki, İslam Respublikası tədricən İslam hökmünə əsaslanan prinsiplərindən geri çəkilsin, müqavimət və Fələstinin, Yəmən və Bəhreynin himayəsinə son qoysun, Amerikanın istəklərinə yaxınlaşsın... Düşmənin istəklərinə uyğun bu təhlil və təfəkkürə əsasən İran xalqı Amerikanın şərindən qurtarmaq üçün İslam Cümhuriyyətinin mahiyyətindən, öz təhlükəsizliyindən keçməlidir...
Düçmənin güvənc yerlərindən biri qarşı tərəfin qorxusudur. Şahlıq rejimindən fərqli olaraq dini dəyərlərə bağlı xalq Amerikadan qorxmir. O rejimin qorxusu yerli idi, çünki Amerikaya qarşı dayağı yox idi. İslam Respublikasında isə Amerikadan qorxmaq ağılsızlıqdır. Çünki İslam Respublikasının böyük İran xalqı kimi arxası var...

Vilayet.info


995 بازدید
در حال ارسال اطلاعات...