Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2016

NEMƏTLƏRİN DAVAMLILIĞI ALLAHIN ƏLİNDƏDİR

Əgər günah zəmini yarandıqda günah etməsək, Allaha minnət qoymamalı, əksinə, bizi günahdan çəkindirdiyi üçün Ona şükür edib minnətini qəbul etməliyik
Hidayət neməti olan ilahi mərifət də, məsum imamlar da Allah tərəfindəndir. Onların qorunub saxlanması da Allahın əlindədir. Bu nemətlərin davamlı olması üçün Allah daim kömək etməlidir. Hər gün namazlarımızda təkrarladığımız “bizi düzgün yola hidayət et” istəyi hidayət nemətinin davamlılığıdır. Düzgün yolu tanıyıb addım atdıqda Allahın istəyi olmasa davamlılıq üçün heç bir zəmanət yoxdur. Buna görə də yalnız düzgün yolu tanımaq kifayət etmir. Bu tanıma davamlı olmalıdır; əgər Allahın köməkliyi olmasa bu tanışlıq aradan götürülər. Demək, həmişə Allahdan istəməliyik ki, bizi düzgün yola hidayət etsin və daim bu yolda saxlasın.
Bir çox şəxslər düz yol seçmiş, lakin günaha düçar olmuşlar. Əvvəlcə bir günah, sonra iki, üç və tədricən günaha adət etmiş, düz yoldan azmışlar. İnsanı qoruyub günahdan uzaqlaşdıran yalnız Odur. Hətta bəzən insan günah iş görməyə çalışır və günah üçün müqəddimələr də hazırlanır. Lakin Allah öz bəndəsinə məhəbbət və lütf göstərib onun günaha düşməsinə mane olur. Bütün bu hallar Allahın lütfü və Onun nemətlərindən sayılır. Əgər insan bu nemətlərin qədrini bilərsə, Allah onları davamlı edər. Əks-təqdirdə insan özbaşına buraxılır.
Beləliklə, əgər günah zəmini yarandıqda günah etməsək, Allaha minnət qoymamalı, əksinə, bizi günahdan çəkindirdiyi üçün Ona şükür edib minnətini qəbul etməliyik.
Buna görə də dua zamanı kimin qarşısında dayandığımızı düşünməliyik. Elə bir kəs ki, hər bir an bizi Öz nemətləri ilə qərq etmişdir, maddi və mənəvi nemətlərlə! Nemətlərdən düzgün yolda istifadə etməyimiz üçün bizə minlərlə tövfiq verilmişdir. Əgər bacarmasaq, ən azı günah etməyək. Lakin insan naşükürdür və bu qədər neməti görməməzliyə vurur. Əgər çətinlik zamanı dostlardan biri bizə kömək edərsə, nə qədər ki yaşayırıq, onu unutmayacaq və ona təşəkkür edəcəyik. Əslində isə bu çətinliyin aradan götürülməsi Allahın tədbiridir və o dost yalnız iş üçün vasitə sayıla bilər; lakin Allahın verdiyi saysız nemətləri unudub, hətta dil ilə ona təşəkkür etmirik.


1089 بازدید