Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Mart 2016

Övladların hamısına bərabər nəvaziş

Öz övladlarınız arasında hədiyyə və bəxşiş verəndə ədalətli olun
Allahın Peyğəmbəri (s) buyurub: "Öz övladlarınız arasında hədiyyə və bəxşiş verəndə ədalətli olun. Necə ki, onların da sizlərə ehtiram və hörmət qoymaqda ədalətli olmalarını istəyirsiniz". ("Ət-tərğib və ət-tərhib", c.3, səh.316, hədis 10 )

Ayətullah Behcətin şagirdlərindən biri deyir:
Bir gün evdə idim. Böyük qızım yatmışdı, kiçik qızımı da nəvaziş etdim və yatırtdım.
Birdən fikirəşdim ki, əgər böyük qızım oyaq olsa və kiçik qızımı nəvaziş edəndə məni görsə, ürəyi məndən inciyər. Buna görə çox narahat oldum.
Səhəri gün Ayətullah Behcət ağanın dərsinə getdim. Ağa mənə baxıb dedi: İnşallah, övladlar arasında bərabərliyə riayət edirsiniz?! Bu məsələyə diqqət edirsinizmi?
İmam Əli (ə) buyurur: "Allahın Peyğəmbəri (s) bir kişinin iki övladından birini öpdüyünü, digərini isə öpmədiyini görüb buyurdu: Nəyə görə onların arasında bərabərliyə riayət etmədin?" ("Ət-tərğib və ət-tərhib", c.3, səh.314, hədis 1)


1631 بازدید