Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

Ali Məqamlı Rəhbərin ata evi

Bu kiçik evdə sadə və bəzən də yoxsul həyat yaşanırdı
“Həzrət Ayətullah Xameneinin həyat və zəmanəsi h.ş. 1318-ci ildən indiyədək” kitabında yazılır:
Seyid Əli Xameneinin ailəsi 3 otaqlı evdə yaşayırdı. Otaqlardan biri atasına məxsus idi. Bu otaq onun mütaliə, görüş və ibadət otağı idi. Bir otaq da qonaqlara məxsus idi. Ailənin digər üzvləri üçüncü otaqda yaşıyırdı. Bu kiçik evdə sadə və bəzən də yoxsul həyat yaşanırdı.

Ayətullah Xamenei ata evini belə vəsf edir: “Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman (atam ruhani və məhəlləmizin mərcəyi-təqlidi olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atamın dostları olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üçotaqlı oldu”.

Evə elektrik işığı və su borusi çəkilməmişdi. O dövrdə bəzi alimlər texnologiya təzahürləri ilə müxalif idilər və qərb mədəniyyətinin nüfuz etməsindən narahat idilər. Hətta, bir müddət minbərlərdə mikrafondan istifadə olunmadı. Seyid Əlinin atası da bu qəbil alimlərin sırasında idi. Çox uzun müddətdən sonra evə elektrik işığı çəkilməsinə razılıq verdi.


972 بازدید
در حال ارسال اطلاعات...