Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Mart 2016

Daimi dünya çətinliklərinin səbəbi nədir?

İnsan anlamalıdır ki, dünya sanatoriya yox, təkamül meydanıdır
Qab-qacaq mağazasının vitrini önündən keçən bir şəxs ağzıaşağı düzülmüş stəkanları görüb, mağazaya daxil olur və satıcıya deyir: "Nə üçün bu stəkanların ağzı bağlı, altı isə deşikdir?” Satıcı stəkanı götürüb, çevirir və bu şəxsə deyir: “Görürsünüzmü? Hər iki problem həll oldu.”
Bəli, bəzi problemləri yaradan bizim yanlış təsəvvürümüz olur. Dünyanın imtahan olması barədə bir bu qədər danışılsa da çoxları elə başa düşür ki, dünya ləzzət üçündür. Sanki bir şəxs kitabxanaya girib duş axtarır. İnsan anlamalıdır ki, dünya sanatoriya yox, təkamül meydanıdır. Çətinlik olmayan yerdə isə təkamüldən söhbət belə gedə bilməz.
Quran buyurur: “Çətinliklər və təzyiqlər insana diqqət üçündür." Bəli, ud ağacını yandırmadan onun ətrini duymaq olmaz. Avtomobilin təkəri təzyiqlə tənzimləndiyi kimi, acı hadisələr də insanı tənzimləyir, onun qəflət və təkəbbürünü aradan qaldırır, kəşf və ixtiralara səbəb olur.


1037 بازدید