Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Fironun zövcəsi

İslamın seçilmiş qadın kimi qeyd etdiyi dörd qadından biri Asyadır. "Asiyə" sözü şəfa verən mənasını bildirir. Bu sözün Misir şahzadəsinin adından, "Aminya" sözündən götürüldüyü bildirilir. Quran və rəvayətlərə görə Asya həzrət Musanın müasiri olan Fironun zövcəsidir. Tarixçilər onu Bəni-israil qadınlarından, ikinci Ramsesin zövcəsi kimi qeyd etmişlər. Quranan əsasən, Musa beşikdə sudan götürüləndə Asya orada olub və Fironu bu uşağın qətlindən çəkindirib. Müsəlmanlar Asyanı Musanın tövhid dininə ilk iman gətirənlərdən sayırlar. Onun adı dörd müqəddəs qadından biri kimi qeyd olunur. Quranda iki qadının adı çəkilir. Onlardan biri İsanın anası Məryəm, o biri Musanın bacısı Məryəmdir. Musa ilə əlaqədar da Asya adı zikr olunur. Beləcə, bu üç şəxsin əfsanəyə görə müqəddəs şəcərədən olduğu yada salınır. Olsun ki, Asya adı bədbəxtlik mənasını verən Asnas adı ilə bağlıdır. Rəvayətə görə bu qadın Yusifin zövcəsinin adıdır. Həmin Asyanın atası Məzahim olub. Əgər Tövrat rəvayətlərinə baxsaq əcnəbi əsirlər Misirdə yaşayır məqam qazanırdılar. Bu adın onlara aid olduğu da vurğulanır. Ümumiyyətlə Mariya adı arami dilində müqəddəslik bildirilir. Zahirən müqəddəs şəcərə ilahəsi belə adlandırılıb. Amma ərəblər bütləri ilah adlandırırdılar.
Quranda adı çəkilən Məryəm həzrət Musa və Harunun bacısı, İmranın qızıdır. Bu şəcərənin Firondan qabaq Misirə gəldiyi deyilir.
Misirdə məqam qazanmış əcnəbi Hiksus 150 il hakimiyyətdə oldu və çox insanlar Fələstinə qovuldu.
Qurani-Kərimdə adı çəkilmədən iki məqamda Asya zikr olunur. Qəsəs surəsinin 9-cu ayəsində oxuyuruq: "Fironun qadını (Asya) dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz (gözaydınlığımız, gözümüzə sevinc olsun). Onu öldürməyin. Ola bilsin ki, (o böyüyəndə) bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar (işin nə yerdə olduğunu, bu uşağın əlində həlak olacaqlarını) bilmirdilər." Digər bir ayədə Təhrim surəsinin 11-ci ayəsində buyurulur: "Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi." Əksər təfsirçilər bu ayənin təfsiri ilə yazırlar ki, bu qadının adı Asya olub. Ən çox qeyd edilən məlumat budur ki, Fironun zövcəsinin adı Asyadır və o Məzahimin qızıdır. Nəql olunur ki, bu qadın həzrət Musanın sehirbazlar qarşısında möcüzəsini gördüyü zaman qəlbində iman nuru işıqlandı. Həmin an Musaya iman gətirdi amma bunu gizli saxladı. İlahi eşqi gizləmək isə mümkün deyildi. Asyanın halının dəyişməsi Fironun nəzərindən qaçmadı. Zövcəsinin Musaya iman gətirdiyini görən Firon onun bundan çəkindirmək istədi. İlahi eşq yolunu tutmuş qadın Fironun tələblərinə təslim olmadı, sonda əri tərəfindən işgəncələrə məruz qaldı. Onu əl və ayaqlarından mıxlayıb, günəşin altında saxladılar. Sinəsinə ağır daş qoydular. Ömrünün son anlarında duası bu oldu ki, ilahi behiştə öz civarında mənə bir ev ver. Asya Allahdan qurtuluş istədi və Allah onun duasını qəbul edib onu Məryəm kimi üstün xanımlar cərgəsində qərar verdi.
Allah-Taala Asyanın dilindən bir dua nəql etməklə onun yüksək məqamını, bəndəlik dəyərini xülasələşdirir. Asyanın duası adi bir dua deyil. Bu dua xalis bir imandan qaynaqlanır. Allahdan onun civarında ev istəməsi, Firondan qurtuluş arzusu Asyanın məqamını göstərir. Allahın civarında ev istəyi Allahla yaxınlıq istəyidir. Asya Misir padşahı ilə yaxınlığı yox, Allahla yaxınlığı seçir. Hansı ki dünyəvi baxımdan bütün ləzzətlər Fironla yaxınlıqda idi. Əgər bunu günümüzə tətbiq etsək bir insanın sarayda birinciliyi qoyub şəhadət yolundan keçərək axirəti seçməsinin çətinliyini dərk edərik. Bir insan ki dünya ləzzətlərinə bağlanıb saray ləzzətlərini necə atar?! Bütün dünya nemətləri, bütün ləzzətlər onun ayağı altındadır. O isə bütün bunlara göz yumub Allaha yaxınlıq yolunu seçib və bu yolda bütün işgəncələri qəbul edib. Asyanın atdığı addım iman yolunu seçmiş bütün insanlar üçün nümunə ola bilər. Allah bu məqamı bir cümlədə, bu duada xülasələşdirir. Asya insanı Allahdan uzaqlaşdıran bütün əyləncələrdən, dəbdəbəli həyatdan imtina edir. Yeganə arzusu Firondan, başqa sözlə saray ləzzətlərində qurtuluşdur. Ali-İmran surəsinin 169-cu ayəsində oxuyuruq: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur."
Qeyd olunmuş ayə rəvayətlərə əsasən Asya Fironun sarayında yaşasa da Musanın dövründə bir Allaha iman gətirmişdi. Öncə imanını gizləyirdi, tədricən onun etiqadı üzə çıxdı. Firon onu çox ağır cəzalandırdı. Belə ki bu işgəncə tarixdə qeyd edildi. Firon çox laşıdı ki Asaynı tutduğu yoldan çəkindirsin. Amma qəlbinin dərinliyinə kök atmış iman Asyanı bu çətin yolda möhkmə saxlamışdı. Sinəsinə daş salınmazdan qabaq ruhu canından çıxmışdı. Əgər Lut və Nuhun zövcələri Allahın peyğəmbərinə qarşı çıxmışdılarsa, Asya Allah yolunda öz ərinə etiraz etmişdi. Küfr mühitində iman saxlamaq asan deyil. Əgər bir insan küfrün hakim olduğu ailədə yaşayırsa onun doğru yola gəlişi daha çətin olur. İslam Peyğəmbəri (s) buyurur ki, Asya Məryəm, Xədicə və Fatimə ilə yanaşı behiştin ən üstün qadınlarındandır. Peyğəmbərdən başqa bir rəvayətə görə, İslamdan öncə üç şəxs heç vaxt küfrə yol verməyib. Ali-Firon mömini, Əli ibn Əbutalib, Fironun zövcəsi Asya.
Asya Bəni-İsrailin möhtərəm xanımlarından olub. Firon Ali-firon möminini qətlə yetirəndə Asya gördü ki, mələklər bu qadının ruhunu göyə qaldırdı. Bu hadisə onun imanını daha da gücləndirdi. Firona etirazla dedi: "Vay olsun sənə, Allahın qarşısında bu cinayətə necə cürətin çatdı?!" Firon belə bir etiraz gözləmirdi. Təəccüblə dedi: "Yoxsa Musa kimi dəli olmusan?" Asya cavab verdi: "Dəli olmamışam, sadəcə Allaha iman gətirmişəm. O Allah ki məni, səni bütün aləmləri yaradıb." Firon Asyanın anasını çağırıb dedi: "Qızın dəli olub. And içmişəm ki, Musanın Allahını inkar etməsə onu oda atacağam." Asyanın anası qızı ilə söhbət etdi, onu bu yoldan çəkindirmək itsədi. Amma bütün sözləri təsirsiz idi. Asya heç bir halda Allahdan üz döndərməyəcəyini bildirdi. Fironun göstərişi ilə bu mömin qadını əl və ayağından çarmıxa çəkdilər. Bu səbəbdən Quran Fironu "mıxlar sahibi" kimi yada salır. Fəcr surəsinin 10-cu ayəsində buyurulur: "Eləcə də mıxlar sahibi Firon..." Firon Asyanı çarmıxa çəkən zaman deyirdi: "Bu qadının dəliliyinə baxın belə ağır işgəncə altında gülür." Bu qadının həzrət Musanın üzərində böyük haqqı var. Uşaq vaxtı Musanın həyatını qoruyan Asya oldu. Bəli, Qurani-Kərimin təqdim etdiyi nümunə qadınlardan biri Fironun zövcəsidir. O nəinki qadınlara, bütün möminlərə nümunədir. Quranda həzrət Məryəm və Asya nümunə göstərilir. Ümumiyyətlə qadınlar arasında yuxarıda qeyd etdiyimiz kimi dörd qadın nümunə sayılır.
Fironun zülm-sitəmi bəşər tarixində bir dəfəlik həkk olunmuş hadisədir. Firon zülm simvoludur. O da Babil padşahı Nəmrud kimi özünü tanrı sayırdı. Cəmiyyətin nadanlığından istifadə edə bu şəxslər bütpərəstliyə rəvac verir, insanları müti vəziyyətdə saxlayırdılar. Naziyat surəsinin 24-cü ayəsində oxuyuruq: "Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!" Amma Asya bu yalana uymadı. İslam Peyğəmbəri buyurur ki, kişilər arasında kamillik dərəcəsinə çatanlar çox olsa da, qadınlar arasında beləsi dörd nəfərdir: Asya, Məryəm, Xədicə və Fatimə. Başqa bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: "Behişt dörd qadının görüşünə müştaqdır: Məryəm binti İmran, Asya binti Məzahim, Xədicə binti Xuvəylid, Fatimə." Hədislərdə deyilir ki, qiyamət günü Asya, Məryəm və Xədicə Fatimə müşayət edər, onun ətrafında beşihtə daxil olar. İman qadını elə bir məqama çatdırır ki, Fironun evindən behiştə gedir. Asya heç zaman ərinin pis əməllərinə tabe olmadı.
Asyanın mühüm xüsusiyyəti bu idi ki, şirk mühitində, dəbdəbə içində ikən Allaha üz tutmuşdu. Dünyanın ən böüyk sarayında olan qadın behiştdə Allahın civarında ev istəyində idi. Çünki bu insanın varl