Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2016

Gözəl əməl gözəl geyim kimi insanı gözəlləşdirir!

Gözəllik yaşanır, vəsf olunmur!
Porsemani.ir Şəhid Mütəhhərinin gözəllik barədə fikirlərini yada salır:

Şəhid Mütəhhəri gözəlliyə tərif verməyin mümkün olmadığını söyləyib. Mərhum ustad buyurur:

Əflatun deyir ki, gözəllik cüzlərin küll ilə (elementlərin tamla) həmahəngliyi, mütənasibliyidir. Bu tərif düzgün də olsa, kamil deyil...
Bir həqiqəti dərk etmək üçün ona tərif vermək zəruri deyil...
Gözəlliyin movcudluğuna şəkk yoxdur.İnsan dərk etsə də, etməsə də, dünyada gözəllik adlı bir hadisə var...
Şəhid Mütəhhəri gözəlliyi Quran ayələri əsasında üç qrupa bölür: hiss olunan, dərk olunanan (qavranan), mənəvi.
Ustad gözəlliklə yaxşılıq arasında rabitə görür: Hər hissdə yaxşı o hissdə gözəllikdir. Gözdə yaxşı gözdə gözəllikdir. Qulaqda yaxşı qulaqda gözəllikdir...
Şəhid Mütəhhəri mənəvi gözəlliklər arasında şeirin gözəlliyini yada salaraq deyir: Şerin gözəlliyi təkcə formasında deyil. Ruhu cəzb edən sözlərin mənasıdır...
Bəşəriyyət əxlaqın gözəlliyini dərk etsə, yalan danışmaz, xəyanət etməz...
Gözəl geyim insanı gözəlləşdirdiyi kimi gözəl əməl də ona gözəllik verir...
Sənət zövqü irfanla tənasübə malikdir. Ona görə ariflər öz fikirlərini sənətkarlııqla, gözəl dillə bəyan ediblər...

Vilayet.info


909 بازدید
<