Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2016

İmanlı insanda hansı xüsusiyyətlər olmalıdır?

Möminlərin ikinci mənəvi xüsusiyyəti odur ki, Allahın ayələri oxunduğu zaman imanları artar
Quran ayələri və Əhli-beyt hədislərində möminlərə məxsus bir çox sifətlər sadalanır. Biz yalnız «Ənfal» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq: «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər».
Həqiqi möminlərdə üç mənəvi və iki əməli keyfiyyət olur. Üç mənəvi xüsusiyyət məsuliyyət hissi, imanın təkamülü və təvəkkülüdür. Demək, mömin insan Allah qarşısında məsuliyyət hiss edir və onun buyurduğu vəzifələrdə səhlənkarlıq göstərmir.
Möminlərin ikinci mənəvi xüsusiyyəti odur ki, Allahın ayələri oxunduğu zaman imanları artar.
Təkamül bütün dirilərə məxsus olan xüsusiyyətdir. Ə