Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Mart 2016

Ali Məqamlı Rəhbərin mədrəsə xatirələrindən...

5 yaşlı Seyid Əli birinci sinifdə, qardaşı isə 4-cü sinifdə oxuyurdular
“Həzrət Ayətullah Xameneinin həyat və zəmanəsi h.ş. 1318-ci ildən indiyədək” kitabında yazılır:
Rzaxandan sonra dini mərasimlərə qarşı məhdudiyyətlər bir az yumşaldı. Seyid Əli və qardaşı Seyid Məhəmmədin adlarını rəsmi dini məktəbə yazdırdılar. 5 yaşlı Seyid Əli birinci sinifdə, qardaşı isə 4-cü sinifdə oxuyurdular. Bu dini məktəbi dini marağı olan insanlar təsis etmişdilər.
Şagirdlər adətən, dindar ailələrin övladları idilər. Məktəb yeni üslubda tikilməmişdi. Bir hüseyniyyə idi və onu üç otağa bölmüşdülər. Bir otağında 40-50 nəfərdən ibarət birinci sinif təşkil olunmuşdu. Digər bir otaqda ikinci və üçüncü sinifin şagirdləri dərs oxuyur, üçüncü otaqda isə dörd və beşinci sinifin şagirdləri eyni zamanda dərs oxuyurdu.
Bu məktəbdə qeyri-dini məkəbin çətinlikləri yox idi. Seyid Əli çox maraqla orada dərs oxudu. O, ailəsinin vəziyyəti haqqında söylədiyi xatirələrdən birində belə deyir: “Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”.
Digər məktəblərdən fərqli olaraq bu məktəb yaxşı xatirələrlə başladı və davam etdi: ”Məktəbə getdiyimiz birinci gün yaxşı gün idi, səs-küylü gün idi”.
“Uşaqlar oynayırdılar, biz də oynayırdıq. Bizim sinif otağımız çox böyük idi. Elə bilirəm, birinci sinifdə 30-40 nəfər şagird oxuyurdu. Çox coşğun və həvəsli bir gün idi. O günlər barədə pis xatirəm yoxdur”.
Həmin məktəbin şagirdlərindən biri məktəbin direktor müavininin dindarlığını bəyənir və onun barəsində danışdığı xatirədə deyir: “Çox yaxşı bir insan idi. Çox vüqar və əzəmətlə məktəbin həyətində gəzərdi. Əlində həmişə çubuq olardı. Əlbəttə, bəzən onunla uşaqları da vurardı. Mənim özümü də bir dəfə çubuqlayıb. O, çox sevimli bir insan idi”.


976 بازدید
در حال ارسال اطلاعات...