Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Sirr saxlaya bilmirəm, nə edim?

11 tövsiyə
İnsanın çevrəsini genişləndirən, ona hörmət gətirən xüsusiyyətlərdən biri də sirr saxlamaq xüsusiyyətidir. Sirr saxlaya bilmirsənsə, bu sənin dəyərdən salır. Porsemani.ir portalının Müşavirə qrupu sirr saxlamaq üçün 11 tövsiyə verir:
1.Bildiklərini, məlumatlarını 3 qrupa böl: heç kimə deyilməyəsi sözlər, xüsusi bir qrupa deyiləsi sözlər, hamıya deyiləsi sözlər
2.Danışmazdan qabaq hökmən deyəcəyiniz sözün xeyir-zərərini müəyyənləşdirin.
3.Lazım olmayan söz deyib zərər çəkəndə özünüzü tənbeh edin. Məsələn, bir gün yalnız suallara cavab verin.
4.Yerində danışın, sözünüz mənasız olmasın.
5.Bacarsanız, yalnız vacib olanda danışın.
6.Qısa danışın, sözü yersiz təkrarlamayın.
7.Dəlillərlə danışın, sözünüzə əminliyiniz olsun.
8.Sizə aid olmayan, ixtisasınızdan kənar mövzuda danışmayın.
9.Əvvəlcə sözünüzün aqibətini, hansı zərərlər törədə biləcəyini düşünün.
10.Unutmayın ki, danışığınız sizin kimliyiniz, şəxsiyyətinizin göstəricisidir.
11.Danışanda Allahın razılığını düşünün, yersiz danışanda istiğfar edin.

Vilayet.info


818 بازدید