Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Şeytanın qiymətli aləti

"Mən bu aləti bütün insanlar üşün istifadə etmişəm"
Bir gün şeytan şəhərin küçələrinə düşüb car çəkir, öz işindən əl çəkdiyini deyirdi. O, öz hiylə və məkr alətlərini də sərgiyə düzüb satırdı. Sərgidə özünü bəyənmək, şəhvət, nifrət, qəzəb, tamah, həsəd və digər şər əməllər var idi. Amma onların arasında çox köhnə və daha çox işlənmiş bir alət gözə dəyirdi. Onun qiyməti də çox baha idi. Sərgini seyr edənlərdən biri soruşdu: - Bu alət nədir belə? Şeytan dedi: - Bu, özünün bacarığından və Allahın rəhmətindən naümidlik vasitəsidir. O yenə soruşdu: - Bəs bunun qiyməti nə üçün belə bahadır? Şeytan öz rəmzli gülüşü ilə təbəssüm edərək dedi: - Çünki bu, mənim ən təsirli alətimdir. Hər vaxt digər alətlər işdən düşsə və təsirsiz qalsa, onda mən bunu işə salıram, insanların ürəyini