Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2016

Məscidül-Əqsada qazıntı işləri aparılmasının sirri nədir?

Sizcə, yəhudi-sionistlər Məscidul-Əqsanın ətrafını və altını niyə qazırlar, burada nə axtarırlar?
Bildiyiniz kimi, sionistlər artıq neçə illərdir ki, Məscidul-Əqsada qazıntı işləri aparırlar və demək olar ki, hal-hazırda məscidin alt hissəsi bütünlüklə götürülüb və məscid havadan asılı vəziyyətdə qalıb. Bu barədə çox danışmaq istəmirəm. Çünki ayrı bir mövzunu sizinlə bölüşmək istəyirəm. Birbaşa sizin diqqətinizi bir məsələyə çəkmək istəyirəm. Sizcə, yəhudi-sionistlər Məscidul-Əqsanın ətrafını və altını niyə qazırlar, burada nə axtarırlar? Süleyman məbədində basdırılmış xəzinəni axtarırlarmı? Əgər belə fikirləşirsinizsə, onu deyim ki, bu xəzinə bir neçə əsr öncə tapılmışdır. Bəlkə də sizin üçün maraqlıdır ki, bunu necə, kimin vasitəsilə tapdılar və nə tapdılar!
Onun kimin vasitəsilə tapılması qalsın sonraya. Amma oradan nə tapdılar?!
Oradan tapılan dəfinələrdən biri qadağan olunuş cadugərlik kitabı idi. Amma bu kitab, onların axtardığı əsil kitabdırmı? Belə çıxır ki, o əsil kitab olsa da, əsil kitablardan yalnız biridir və hələ digər kitablar tapılmayıb.

Bu tapılan kitabın vasitəsilə onlar məxfi və rəmzli təlimləri öyrəndilər. İllüminatlar təşkilatı bunun əsasında yaradıldı. Onlar dünyanın ən qüdrətlisi olmaq üçün bu təlimlərdən istifadə edirlər. Qeyd edək ki, bu kitaba əsasən, onlar şeytanı sitayiş etməlidirlər, yəni şeytanpərəst olmalıdırlar.
Onlar öz istəkləri əsasında ruhlarını şeytana təqdim etdilər, məxfi ayin və əməllər, əhd-peyman yolu ilə bu təlimləri gizli saxladılar, onların bildikləri heç yerdə yazılmadı, amma simvol, rəmz, memarlıq üslubu kimi vasitəsilə digərlərinə ötürüldü.
Qurani-kərimin “Bəqərə” surəsinin 101-ci ayəsinə diqqət edin: “Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmmədin (s) həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi”.

Muhəmməd (s) peyğəmbərliyə məbus olduqdan sonra onlar Peyğəmbərə (s) iman gətirmədilər və ona tabe olmadılar. Bəs, onlar nəyə tabe olurdular? Onlar, Süleymanın (ə) dövründən şeytanların camaata öyrətdiklərini qəbul edir və ona tabe olurdular.
İblis və şeytanlar, Süleymanın (ə) əsrindən qabaq və onun hökuməti dövründə insanlara sehr-cadu öyrədirdi. Əlsədi ayənin təfsirində yazır: “Süleyman (ə), şeytanların camaata sehr-cadu öyrətməsini başa düşdü. Ona görə də şeytan və insanların əlində olan bütün dəstur-əməllərini və kitabları onların əlindən aldı və sehr öyrənib-öyrədənin edam olunacağı hökmünü verdi. Süleyman (ə) topladığı bütün kitab və yazıları taxtının altında basdırdı”.

Əziz oxucu! Artıq sizə aydın olur ki, bu məxfi təşkilatın Süleyman məbədini bərpa etməsində, Məscidul-Əqsanın yaxınlığında və altında qazıntı işləri aparmasında əsas məqsədi həmin dəfinəni tapmaqdır və onlar bu hədəflərinə çatmayınca, heç vaxt işlərini dayandırmayacaqlar. Hətta, onların bu əməli bütün beynəlxalq qanunlara ziddir, lakin bu gizli təşkilat öz işini dayandırmır. Hal-hazırda Fələstində gedən qarışıqlıqların da əsas səbəbi budur və onlar öz məqsədlərinə çatmayınca, Fələstin və qondarma İsraildə bu durumu davam etdirib, bütün dünyanının fikrini qarşıdurma səmtinə yönəldəcəklər ki, öz əsas məqsədləri hamıdan gizli qalsın.


1003 بازدید
در حال ارسال اطلاعات...