Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

Nə üçün Ərəbistan “Ağ İŞİD” adlanır? - Foto

Bağdadi ümrə yerinə yetirmək bəhanəsi ilə Mosuldan Məkkəyə getmişdi
Qara rəng İŞİD terrorçu qrupunun somvoludur. Xəncərlə baş kəsmək, günahsız insanları əzmək, zirehli maşınlarla tapdamaq, hündür binalardan atmaq və s. onların edam qaydalarıdır.
Həmçinin eyni edam və işgəncə qaydaları Səudiyyə Ərəbistanının qanunlarında da mövcuddur. Tanınmış şiə alimi Şeyx Nimri qılıncla şəhid etmələri bunun bariz nümunələrindən biridir. Bütün bu oxşar qanun və əməllər İŞİD və Ərəbistanın ideologiyasının eyni olmasını göstərir.

Britaniyanın nüfuzlu “Daily Mail” qəzeti bu barədə yazır: “Ərəbistan və İŞİD-in edam qaydaları göstərir ki, Ərəbistan və İŞİD terrorçu qrupu arasında yalnız geyim fərqi vardır və Ali-Səud hökuməti ağ İŞİD-dir”.
Səudiyyə Ərəbistanı dünyanın hər bir yerində vəhabilik təfəkkürünü himayə etmək üçün milyardlarla dollar sərf etmişdir. Bu sərmayələr Qərbi Asiyada çoxlu sayda təkfirçi qrupların yaranması ilə nəticələnmişdir.
Ərəbistanın “ağ İŞİD” adlanmasının digər bir səbəbi budur ki, həm İŞİD, həm də Ərəbistan kralı Qərbi Asiyada İslam müqavimətindən olduqca narahardırlar və bu müqavimətə qarşı çıxmağı, onunla vuruşmağı zəruri sayırlar. Bu Ərəbistan və İŞİD-in ortaq mövqeidir.

چرا به رژیم سعودی

Bəzi mediaların fikrincə, ağ İŞİD və qara İŞİD daim bir-birləri ilə görüş keçirir, fikir mübadiləsi aparır, öz mövqelərini bir-birinə uyğunlaşdırırlar. Ağ İŞİD rəhbəri Məlik Süleyman və qara İŞİD rəhbəri Əbu Bəkr Bağdadi arasında görüş baş tutması haqqında məlumatlar sızmaqdadır.
İraqın “Ən-Nəxil” xəbər agentliyinin rəhbəri Məhəmməd Əli Həkim yazır: “Əbu Bəkr Bağdadi məxfi surətdə Riyaza səfər etmişdir və bu səfərdə Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman, kəşfiyyat naziri Xalif əl-Həmidanla görüşmüşdür”.

چرا به رژیم سعودی

O, məqalənin davamında yazır: “Vəliəhd Məhəmməd bin Salman Əz-zəbndə və Məkkədə Əbu Bəkr Bağdadi ilə görüşmüşdür. Bağdadi ümrə yerinə yetirmək bəhanəsi ilə Mosuldan Məkkəyə getmişdi. Bu görüş 4 saat çəkmişdi. Hər iki tərəf İraq və Suriyada İŞİD-ə dəyən ziyanlar haqqında söhbət etmişdilər. Həmçinin, görüşdə İraq xalqının dövlətə qarşı xüruca və aksiyalarda iştirak etməsinə təşviq etmək barədə danışıqlar aparılmışdı”.
Səudiyyə Ərəbistanı rəsmilərinin İŞİD-in yüksək çinli rəhbərləri ilə məxfi görüşləri və sıx əməkdaşlıqları ağ İŞİD və qara İŞİD arasında çox yaxın və demək olar ki, eyni təfəkkürün olmasından xəbər verir və bu ideologiya günahsız insanları təkfir etməyə səbəb olmuş, həm Səudiyyə rejimi, həm də İŞİD son illərdə bir çox cinayətlər törətmişlər.


1078 بازدید
در حال ارسال اطلاعات...