Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2014

"Mən səninlə izdivaca hazıram, amma..."

İmam Rizanın (ə) hərəmində, zəvvarların namaz qılması üçün yaxşı bir məscidin tikilməsinə ehtiyac vardı.
Məscidin tiklməsi dindar, agah olan Qohərşad adı ilə tanınan, Şahrux Mirzanın həyat yoldaşına tapşırılır.
O məscidi tikmək üçün ətrafdakı bütün ev və torpaqları alır. Yalnız bir qoca arvad evini satmaqdan imtina edir. Həm də qoca arvadın evi məscidin ortasına düşürdü. Qohərşad xanım bu məscidin tikilməsində heç kimə zülm olmasın deyə o evi almaqdan imtina edir.
Məscid tikildikdən sonra, qoca arvad da evini məscidə vəqf edir və illərlə qohərşad məscidi ilə üz-üzə “qoca arvad” məscidi kimi təzahür edir. Bir tərəfdən də göstəriş verir ki, məscidi tikmək üçün istifadə olunan heyvanları bərk sürməsinlər və ya qamçı vurmasınlar. Eləcə də tapşırır ki, məscidin tikilməsində istifadə olunan heyvanlara su və ələf versinlər. Fəhlələrlə məhəbbətlə rəftar etsinlər, əllərinin altında olanlarla bədrəftar etməsinlər və fəhlələri azad buraxsınlar.
Bəli, Allah evini tikəndə bütün hüquqlara riayət olunmalıdır. Elə ona görə də bu məscid yer üzündə ən bərəkətli məscidlərdən biridir. Elə bir gecə-gündüz olmayıb ki, mehriban Allah izni ilə o məsciddə insanlar və Allah övliyaları vasitəsilə namaz, Quran və dua tədris olunmasın.
Beləliklə məscidin tikintisi başlayır. Qohərşad xanım neçə gündən bir tikintiyə baş vumaq üçün oraya gələr və lazım olan göstərişləri verirdi.
Bir gün yenə tikintinin işlərinin necə getməsini yoxlamaq üçün oraya gəlir. Yüngül külək əsməyə başlayır və xanımın çadırı küləyin təsirindən kənara çəkilir. Fəhlələrdən biri onun üzünü görür və ona aşiq olur. Amma aşiq olduğunu deməyə cürəti çatmır. Bir aciz fəhlənin ölkənin mələkəsinə eşq elan etməsindən qorxur və fikirləşir ki, onu edam edərlər. İki-üç gün keçmir ki, çarəsiz fəhlə xəstələnir və yatağa düşür. Ona yalnız anası baxırdı.
Həkimlər onu sağaltmaqda aciz idilər. Mehriban ana, ailənin tək övladı olan xəstə oğlunun kənarında oturub ağlayırdı. Oğul sağalmayacağını görüb hadisəni anasına danışır. Sadəlövh ana, uşağının sağalması üçün Qohərşad xanıma müraciət edir və oğlunun dərdini ona danışır. Oğlunun əlacını o böyük xanımdan istəyir və ona deyir: Əgər bir iş görməsəniz, tək övladımı əldən verəcəm və qiyamətdə sənin ətəyindən yapışacam.
Qohərşad xanım bu hadisədən çox narahat olur və bu ürəyi yaralı anaya deyir: Niyə bu problemi mənə tez demirdiniz ki, Allah bəndəsini bu çətinlikdən xilas edim? Sonra deyir: Ey ana! Evə qayıt, mənim salamımı övladına çatdır və de: Mən səninlə izdivaca hazıram, amma bir şərt var ki, mən gərək riayət edəm, bir şərt də var ki, sən gərək riayət edəsən. Mənim riayət edəcəyim şərt Şahrux Mirzadan ayrılmaqdır, amma sənin riayət edəcəyin şərt isə mənim mehriyəmi verəsən. Bu mehriyə 40 gecə-gündüz, məscidin mehrabında günbəzin altında namaz qılasan və savabını mənim mehriyəm hesab edəsən.
Oğlanın anası evə qayıdır və bütün olanları övladına danışır. Oğlan bu xəbərdən o qədər şad olur ki, tezliklə yataqdan qalxır və həvəslə mehriyəni ödəməyi qəbul edir. Sonra öz-özünə deyir: 40 gün bir şey deyil ki, əgər bir neçə il də desəydi qəbul edərdim.
Beləliklə ibadət üçün mehraba gedir və Qohərşad xanıma qovuşmaq üçün 40 gecə-gündüz namaz qılır. Tədricən, ilahi tövfiqlə namazın təsirindən ayrı bir hala düşür.
40 gecə-gündüzdən sonra Qohərşad xanımın nümayəndəsi onun halını yoxlamaq üçün mehraba gəlir. Onunla bir az söhbət edir və başa düşür ki, mehriyə məsələsinə əhəmiyyət vermir.
Dedi: Mən Qohərşad xanımın nümayəndəsiyəm, sizin halınız haqda xanıma xəbər aparmaq üçün gəlmişəm.
Oğlan dedi: Xanıma de ki, mən onunla evlənmək üçün aləmlərin həqiqi məhbubundan əl çəkə bilmərəm.
Həqiqətən də təəccüblüdür. O böyük xanım oğlanın azğın nəfsini dərman etmək üçün necə nüsxə yazır, eləcə də namazın təsirinə baxın.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com




1190 بازدید
در حال ارسال اطلاعات...