Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2016

Sionist rejim, Qəzzəyə nəzarəti Türkiyəyə verir?

Sionist rejimi uzun illər Qəzzəni mühasirədə saxlamaq niyyətindədir
Türkiyə, sionist rejimindən Türkiyə dövlətinin Qəzzəyə azad çıxışını təmin etməsini istəmişdir. Türkiyə bu tələbi ilə Qəzzəni İsrailin nəzarətindən çıxarmaq istədiyini iddia edir. Amma bu tələb sionist rejimi üçün Qəzzədə təsirli bir alət yarada bilər və bu vasitə ilə Həmas rəhbərlərinə daha artıq təzyiqlər göstərər.
Türkiyə və sionist rejim arasında münasibətlərin bərpası ilə bağlı aparılan bir çox müzakirə və araşdırmaların artıq çoxu başa çatmışdır. İsrail rejimi Türkiyədən üzr istəmiş, Türkiyəyə dəyən ziyanın məbləği barədə razılıq əldə edilmişdir. Hazırda müzakirəsi gedən məsələ Türkiyənin Qəzzəyə azad çıxışıdır. Bu absurd bir tələbdir. Bizim sözümüz bu arada İsrailin və güclənməsini istəmədiyimiz rəhimsiz terrorçuluların nəzarətində olan məntəqənin təhlükəsizliyidir. Necə ki, İsrail Türkiydən onun kürd qüvvələrinin mühasirəsinə son qoymasını istəmir.
Həmas 2007-ci ildə Qəzzədə özünü möhkəmləndirdi və bir müddət sonra İsrail Qəzzə zolağını tərk etdi. O vaxtdan təqribən on ildir ki, sionist rejim mühasirə vasitəsilə Həması sarsıtmağa, bu qrupun balistik və digər silah-sursatla silahlanmasına mane olmağa və nəticədə onu məhv etməyə cəhd edir. Bu dövr müddətində sionist rejim Həmas dövləti əleyhinə 3 müharibə etmişdir (2008-ci ilin yanvarında “Tökmə Güllə” əməliyyatı, 2012-ci ilin noyabrında “Müdafiə Sütunu” əməliyyatı, 2014-cü ilin iyulunda “Bərk Qaya” əməliyyatı). Hər 3 müharibədə sionist rejim məğlubiyyətə uğramışdır. Ekspertlərin nəzərinə görə, Həmas özünün qabiliyyətlərinin böyük hissəsini artıq bərpa etmişdir.
Dövlətlə müxalifətdə olan qüvvələr bu məğlubiyyətin səbəbini İsrail Silahlı Qüvvələrinin Həması tamamilə məhv etmək əmrini verməməsində görürlər. Bu mövzu doğru da ola bilər. Lakin bu mərhələdə qələbənin yolu Qəzzənin yenidən işğal olunmasında, onun 2 milyon sakininin həyatının qorunmasında, zülm görmüş əhaliyə səhiyyə və sağlamlıq xidmətlərinin göstərilməsində, bölgəyə kanalzasiya çəkilməsində, təhsil sahəsinin bərpasında ola bilər. Bu həll yolundan başqa heç bir yol problemi həll etməyəcək. Həması məğlub etmək, onun liderlərini öldürmək, sonra bu məntəqədən əl çəkmək, İranın dəstək verdiyi İslami Cihad kimi ifratçı qrupların, yaxud da İŞİD-ə bağlı ünsürlərin Qəzzədə güclənməsinə şərait yaradacaq. Bu mövzu bizim Həmasdan əl çəkməyimizə səbəb olmuşdur.
Bütün mövcud naümidliklərə baxmayaraq belə bir siyasətlə sionist rejimi uzun illər Qəzzəni mühasirədə saxlamaq niyyətindədir. Halbuki, mühasirə ilə yanaşı bu məntəqənin bütün ehtiyaclarını, o cümlədən qida, elektrik, yanacaq, səhiyyə və dərman xidmətləri, inşaat materiallarını təmini üçün imkan yaradır. Bu siyasət iki hədəfi izləyir:
1. Ticarət fəaliyyətlərini nəzarətdə saxlamaq və bununla da silah qaçaqçılığının qarşısını almaq.
2. Qəzzənin əhalisini Həmasın bacarıqsızlığına, onların məişətinə ziyan vurmasına inandırmaq.
İkinci hədəflərinə müəyyən həddə çatmaları mümkündür. Çünki Qəzzənin sakinləri neçə illərdir ki, əzab-əziyyətdədir və onların bir hissəsi Həmasdan narazıdır. Amma İsrail indiyə qədər birinci həfəfin əsaslarının heç birinə nail olmayıb. On illik mühasirəyə baxmayaraq Həmasın artıq minlərlə raketi və digər müasir silahları vardır.
Hazırkı müzakirələrdə fərqli bir təklif irəli sürülmüşdür: bu ağır yükü sionist rejimin çiynindən götürmək və onun bir hissəsini Türkiyəyə tapşırmaq. Bu məsələ Türkiyənin Qəzzə ərazisində bir liman inşa etməsi və onu idarə etməsi ilə həyata keçməlidir. Ankara dövləti Qəzzə zolağının əsas daxili ehtiyaclarını digər bir liman vasitəsilə – məsələn Türkiyənin nəzarətində olan Şimali Kipr – öhdəsinə alacaq. Sionist rejim bunu Türkiyəyə güzəşt etməklə bu ölkədən istəyəcək ki, Qəzzəyə silah keçirilməsinin qarşısını almaq Ankara dövlətinin öhdəsinə olsun. Əgər bu məsələ bir vəzifə kimi başa düşülsə, onda sözügedən hədəf tamamilə yerinə yetiriləcək. Əlbəttə, Qəzzəyə silah keçirilməsinin qarşısını tamamilə almaq mümkün deyil. Çünki Qəzzə əhalisi bütün vasitələrdən istifadə edərək özləri üçün silah gətirməyə cəhd edəcək. Hətta, onlar öz bombalarını oyuncaq ayılarda da gizlətməli olsalar, silah qaçağından əl götürməyəcəklər. Yaxud sionist rejim Qəzzəyə silah qaçaqçılığının qarşını almaq üçün beynəlxalq təşkilatlardan da yardım istəsə və onların məntəqəyə gətirsə də, yenə buna mane ola bilməyəcək.
Bəzilərinin fikrincə, belə bir sistem, nəzarət