Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2016

Türkiyə, Suriyaya gedən terrorçular üçün qapıdır

Əgər bizim Türkiyə ilə uzunluğu 860 km-dən çox olan ortaq sərhədimiz olmasaydı, onda dünyanın uzaq-uzaq yerlərindən gələn terrorçular Suriyaya girə bilməzdi
Suriya prezidentinin siyasət və informasiya məsələləri üzrə müşaviri deyib: “Bu ərəb ölkəsində yaranmış indiki böhranının birbaşa müqəssiri Türkiyədir”.

Redaksiyamızın “PressTV”-yə istinadla verdiyi xəbərə əsasən, Bəşər Əsədin siyasət və informasiya məsələləri üzrə müşaviri Buseyna Şaban son bir neçə il ərzində Suriyada baş verən hadisələrə, yüz minlərlə insanın həlak olmasına, milyonlarla insanın köçkün düşməsinə toxunaraq deyib: “Bu müharibənin səbəbkarı Türkiyədir. Bu, həqiqətdə Türkiyənin Suriyaya hücum etməsidir”.

O, Suriyaya gələn terrorçuların Türkiyə ərazisindən keçməsini və Türkiyənin terrorçular üçün bir qapı olmasını qeyd edərək deyib: “Əgər bizim Türkiyə ilə uzunluğu 860 km-dən çox olan ortaq sərhədimiz olmasaydı, onda dünyanın uzaq-uzaq yerlərindən gələn terrorçular Suriyaya girə bilməzdi”.
B. Şəban Türkiyənin İŞİD-lə gizli əməkdaşlığını da ifşa edərək deyib: “Türkiyə, terrorçuların əsas təhlükəsizlik dayanacağıdır və ötən üç il müddətində Türkiyənin kəşfiyyat xidmətlərinin İŞİD terror qrupu ilə əməkdaşlıq etməsindən Dəməşq dövləti xəbərdardır”.
Prezidentin siyasət və informasiya məsələləri üzrə müşaviri Türkiyə və İŞİD arasında ticarət və neft alqı-satqısı əməkdaşlığına da işarə edərək vurğulayıb: “Əlimizdə məlumatlar vardır ki, neft tankerləri karvanı Suriyadan İraqa, oradan İraq Kürdüstanına və oradan da Türkiyəyə yollanır. Çox güman ki, oradan da Avropaya ötürülür”.

Qeyd edək ki, martın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, İŞİD-in infrastrukturlarına hücum olunmasına baxmayaraq, bu qrup hələ də Suriya və Türkiyə sərhədlərində neft qaçaqçılığını davam etdirir.
B. Şəban həmçinin deyib: “Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan sənaye şəhəri olan Hələbin zavod və fabriklərini talan etmişdir”.
“Bu şəhərin zavod və fabriklərinin avadanlıqları Türkiyəyə aparılmışdır. Bu üzdən demək olar ki, Ərdoğan dövləti bütün gücü ilə Suriyada və dünyanın hər bir yerində terrorizmi dəstəkləyir”-deyə, prezidentin müşaviri qeyd edib.
O, Ərdoğanın terrorizmi dəstəkləməsini dünyanı faciəyə sürükləmək adlandıraraq deyib: “Ərdoğanın terrorizmi dəstəkləməsi dünyanı faciəyə tərəf sövq edir”.
Bəşər Əsədin siyasət və informasiya məsələləri üzrə müşaviri Ərdoğanın vəhabi təfəkkürlü olmasını və qərbin bunu ayırd edə bilməməsini də açıqlayaraq deyib: “Onun (Ərdoğanın) təfəkkürü vəhabi təfəkkürüdür. Bununla belə qərb ölkələri bunu ayırd edə bilmirlər və bilməyəcəklər də. Onlar hələ də bilmirlər ki, həqiqətdə Türkiyənin, həmçinin İŞİD və vəhabiliyin qarşısında sərt mövqe tutmalıdırlar”.
Xatırladaq ki, Suriya 2011-ci ilin mart ayından şiddətli iğtişaş və qarşıdurmaların meydanına çevrilib. Suriyanın Siyasi Araşdırmalar Mərkəzinin məlumatına görə ölkə əhalisinin təqribən 470 min nəfəri birbaşa, yaxud dolayısıyla bu müharibədə həlak olub və 1.9 milyon nəfər yaralanıb.


1151 بازدید
در حال ارسال اطلاعات...