Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

"Atam bu vəziyyətdə ölsə..."

Bir sıra insanlar Məkkəyə Allahın evinin ziyarətinə getmişdilər. Orada cavan bir oğlanı görürlər ki, bütün duaların əvəzinə yalnız Peyğəmbər və Ali Peyğəmbərə salavat göndərirdi. Səfada, Mərvədə, Məşərdə və Ərəfatda hamı dua oxuyurdu, lakin o salavat deyirdi. Bir gün ondan soruşurlar: Biz səndən salavatdan başqa bir şey eşitmədik, bunun səbəbi nədir?
Dedi: Qoca atam vardı. Bir neçə il bundan qabaq onunla ziyarətə gəlmişdik. Yolda xəstələndi və ölüm yatağına düşdü. Elə bu vaxt əzab  onun üzündə zahir oldu. Düşdüyü bu vəziyyətdən nalə çəkərək deyirdi: “Yandım, yandım, od tutdum.”
Mən atamın bu vəziyyətindən narahat olmuşdum və Allaha pənah aparıb dedim: Pərvərdigara, əgər atam bu vəziyyətdə ölsə mən rüsvay olaram. Çox çəkmədi ki, atamın üzünün rəngi dəyişdi. Qaralmış üzü yavaş-yavaş nurani oldu. Sonra təbəssüm edərək dünyasını dəyişdi.
Öz-özümə dedim: Pərvərdigara, atamın başına nə iş gəldiyindən məni agah et.
Sonra yuxuda atamı rahat və şad gördüm. Halını soruşdum, dedi: Mənim əməl və rəftarımı görmüşdün, həqiqətən də ilahi əzaba layiq idim. Amma ölüm mələyi mənə tərəf gələndə, birdən Peyğəmbər tərəfindən bir nida eşidildi, elə həmin an əzab məndən uzaqlaşdı və aramlıq tapdım. Elə indi də dünyada göndərdiyim salavatlara görə asayişdəyəm. Bunların hamısı Peyğəmbərə (s) göndərdiyim salavatın müqabilində verilən hədiyələrdir.
Cavan oğlan sözünün davamında: O gündən sonra qərara gəlmişəm ki, həmişə salavat deyim ki, Peyğəmbər (s) və Əhli-beytinin şəfaəti nəsibim olsun.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com