Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

İnsanların bəzilərinin varlı, bəzilərinin isə yoxsul olmasının səbəbi

İsraf etməyin. Həqiqətən Allah israf edənləri sevmir
İmam Cəfər Sadiq (ə), Aban ibn Təğlibə bəzi insanların varlı, bəzilərinin isə yoxsul olmasının səbəbini bəyan edir.
Aban ibn Təğlib deyir: İmam Cəfər Sadiq (ə) buyurdu: “Sənin fikrincə, Allahın bir kəsə çox əta etməsi həmin şəxsin Allahın yanında əziz olmasına görə və bir kəsi Öz ətasından məhrum etməsi, onun Allahın yanında zəlil və xar olmasına görədirmi? Əsla belə deyil. Həqiqət budur ki, mal Allahın malıdır və onu imkanlı şəxsin yanında əmanət qoymuş, əmanətdarlara icazə vermişdir ki, Allahın malından özünün yeməyini, geyimini, ailə qurmasını, minik vasitəsini orta həddə və öz şənində təmin etsin və bundan artıq qalan Allah əmanətini fəqir möminlərə qaytarsın. Bununla da onların dağılışmasının qarşısını alsın. Əgər bir kəs Allahın əmanətini belə sərf etsə, yediyi, içdiyi, miniyi, qurduğu ailə halaldır. Əgər belə etməsə, bunlar onun üçün haram olur”.
İmam (ə) sonra buyurdu: “İsraf etməyin. Həqiqətən Allah israf edənləri sevmir”.

Rivayati tərbiyəti, c. 1, səh. 208.


1064 بازدید
در حال ارسال اطلاعات...