Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2016

Ayətullah Xamenei: "Düşmənlər davamlı öz raket güclərini artırır..."

Ayətullah Xamenei:Düşmənlər davamlı öz raket güclərini artırır, belə olduqda necə deyə bilərsiz raket dövrü geridə qalıb?-FOTO

Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günü ildönümündə Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei  imam Xomeyni (r.ə) adına hüseyniyədə şairlər və Əhli-beyt (ə) məddahlarını qəbul edib.

Ayətullah Xamenei Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edib və  Əhli –Beytin (ə) həyatından funksional məsələlərin bəyan edilməsini məddahlığın daha dərin məna kəsb etməsi və təsir edici olmasına səbəb olacağını vurğulayıb. “Bu gün düşmənlər davamlı şəkildə İran xalqı və İslam Sistemi ilə mübarizə üçün bütün vasitələrdən istifadə edir.  Bu gün və sabahkı mürəkkəb zamanda  İranın   mövqeyinin güclənməsi üçün  bütün siyasi, iqtisadi, ictimai və müdafiə vasitələrindən istifadə etməliyik. ”

Ayətullah Xamenei   bildirib ki, Əhli-Beyt (ə) məddahlığı və mərsiyyə xanı olmağa fəxr etmək lazımdır. “Unversallığı və dərin mənasına görə, mərsiyyə demək və məddahlıq fenomeni yalnız  şiə icmasına məxsusdur. Tələbə və tədqiqatçıların  bu fenomenin elmi inkişaf yolları və dərinləşməsi üzərində işləməsi zəruridir.”

Ayətullah  Xamenei Həzrət Fatimeyi Zəhranın (s.ə) nurani və əzəmətli məqamını dərk etməyin mümkinsiz olduğunu vurğulayıb və bildirib ki,  buna baxmayaraq  o həzrətin davranış və hərəkətləri haqqında  öyrənilməli və bəyan edilməli çoxlu nöqtələr var. “Böyük Peyğəmbərin (s) qızı olması,  Allahın vəlisinin həyat yoldaşı olması, həzrət Siddiqeye Kubranın (s.ə)  məqamının ucalığı və şöhrətinin göstəricisidir.  O həzrətin xüsusiyyətlərindən  Behişt əhli gənclərindən iki seyyidi  tərbiyələndirməsi, Tahirə olması,  təqvalı və ürəyi təmiz olmasını göstərmək olar. İnsan öz ictimai və fərdi yaşayışında   davamlı təqva və qayğı ilə bu xüsusiyyətlərə çata bilər.”
 
Ayətullah Xamenei  şair və məddahlara  öz şer, mədihə və mərsiyələrində bu həqiqətləri qeyd etməyi tövsiyə edib. “Mənəvi mövqeyi qeyd etmək  sevgi yaradır və ürəyi işıqlandırır lakin  kafi deyil.  Lazımdır hər minbərdə  Əimmənin (ə) həyatının praktiki dərslərini  ustalıqla  bəyan edəsiniz  ki,  bu Əhli-Beyt (ə) və Vilayətin əməldə davamçısı olmağa zəmin yaratsın.”
 
Ayətullah  Xamenei  şer və mədihələrdə gündəmdə olan  məsələlərə yer vərməyin zəruruliyini vurğulayıb.  “Siyasi, iqtisadi, mədəni və hərbi gücə arxalanan hegemon rejimlər İran xalqı və İslam Respublikasına zərbə  vurmaq üçün var gücləri ilə çalışırlar və bu həqiqəti unutmaq olmaz. Onlar İranla düşmənçiliklərində  həm köhnə və həmdə yeni vasitələrdən istifadə edir. Onlar öz məqsədlərinə çatmaq üçün danışıq, iqtisadi mübadilələr, sanksiya,  hərbi hədə  və başqa hər bir vasitədən istifadə edirlər. Biz də bütün sahələrdə  onlarla mübarizə aparmaq və özümüzü müdafiə etmək gücünə malik olmalıyıq.Əgər İran dialoq və texnologiya ardınca olsa və hərbi gücünü artırmasa onda hər hədənin qarşısında geri çəkilməli olacaq.”
 
Ali Rəhbər  Ayətullah Xamenei  hegemon güclərin İran xalqını məcbur etmək üçün arxalandıqları gücün  hərbi güc olduğunu bildirib və soruşub: “Meşəyə bənzəyən dünyanın hazırkı durumunda, İslam Respublikası yalnız  danışıqlar, iqtisadi mübadilələr, elm və texnologiya arxasınca ola və lakin hərbi gücə malik olmaya. Sizcə  kiçik dövlətlər belə  İran xalqını hədələməyəcək?.”
 
Ayətullah Xamenei  hazırkı dövrün dialoq  dövrü olduğunu və raket dövrünün geridə qaldığını deyənləri sərt tənqid edib. “Hazırkı dövr  hər şeyin dövrüdür,  yoxsa  açıq –aşkar və rahatlıqla xalqın haqqını tapdalayacaqlar. Əgər bu sözü bilməyərək deyirlərsə  bu başqa amma əgər bilərəkdən bu sözü deyirlərsə xəyanət edirlər.   İslam İnqilabı Keşikçilər Korpusunun (sepah)  inkişaf etmiş raket bazalarının  göstərilməsi  Amerika və Sionist rejimin əlindən ürəkləri qan ağlayan və əllərindən heç bir iş gəlməyən xalqların  sevincinə səbəb oldu. Düşmənlər  davamlı şəkildə  öz hərbi və raket güclərini  artırır. Belə olduğu halda necə deyə bilərsiz raket dövrü geridə qalıb?”
 
Ayətullah Xamenei bir neçə  istisna ilə  siyasi danışıqlar və diplomatiya vasitələrindən istifadəyə razı olduğunu bildirib. “Elə təbliğat aparmasınlar ki, elə bil mən dialoqa müxalifəm.  Biz deyirik  müzakirələri  oyaq və güclü  aparmaq lazımdır ki, başımıza papaq qoymasınlar.Dünya əhəmiyyətli məsələlərlə bağlı siyasi dialoqla razıyam. Bugün həm raket həm də dialoq zamanıdır. Danışıqlar zamanı da güclü olmaq lazımdır . Biz müzakirə edirik, kağız üzərində yazırıq, amma sanksiyalar götürülmürsə deməli burada irad var. Bu zəmində də özümüzü gücləndirməliyik”
 
Ayətullah Xamenei şair və məddahlara tövsiyələrinin davamında bildirib ki,  düşmənlərin gənclərin inanclarını zəiflətmək üçün səyləri ilə mübarizə aparsınlar. “Düşmənlər çalışır ki, gənclərin İslam və İslam sisteminin səmərəliliyinə olan inancını zəiflətsin. Şair və məddahlar öz mənalı şerlərində məharətlə dinləyiciləri ümidvar, çalışqan, səmərəli insanlara çevirsinlər və  xalqın oyaq və  bəsirətli olmasına çalışsınlar”. /maide/
 
 
 
 
 

 



777 بازدید
در حال ارسال اطلاعات...