Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

Əməl olunmayan imanın dəyəri varmı?

İmana uyğun əməl etməyən şəxsi mömin saymaq səhvdir.
Quranda iman daim saleh əməllə yanaşı xatırladılır. İmanla əməl iynə ilə sapın oxşarıdır. Sapsız iynə bir iş görə bilmədiyi kimi, əməlsiz iman da təsirsizdir. Quran buyurur: “Allahı sevirsinizsə, peyğəmbərə itaət edin.” (“Ali-İmran”, 31.)
Çoxları özlərini imanlı hesab etsələr də saleh əməldən uzaqdırlar. “Allahı sevirik” deyirlər, amma onunla söhbətdən qaçır, namaz qılmırlar. “Əlini sevirik” deyirlər, amma özlərin ona oxşatmırlar. “Əsrin imamını gözləyirik” deyirlər, amma heç bir hazırlıq görmürlər. Aşiqlik iddiasında olanın məşuqu razı salması bu insanların sədaqətini şübhə altına alır. Nəql edirlər ki, qədim qul bazarlarından birində bir qula çox böyük qiymət qoyulmuşdu. Səbəbi bu idi ki, bu qul susamış adamı tanıyırdı. Bir tacir qulun bu xüsusiyyəti ilə maraqlanıb, onu alır. Bir qonaqlıq düzəldib, süfrəyə sudan başqa hər şey qoyur. Qonaqlar növbənöv xörəklərdən yeyib su istəyirlər. Kim ağzını açıb su istəyirsə, qul onun susuz olmadığını iddia edir. Nəhayət, qonaqlardan biri ayağa qalxıb su ardınca gedir. Qul gülümsəyib, “bəli, bu adam susuzdur” deyir.
Doğrudan da iddiasına sadiq olan insan yerində oturmur. İmana uyğun əməl etməyən şəxsi mömin saymaq səhvdir.


1261 بازدید
در حال ارسال اطلاعات...