Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2016

72% israilli öz dövlətlərinin korrupsiyaya uğradığını deyir

İşğalçı İsrailin sabiq baş naziri Ehud Olmert rüşvət almaqda və əxlaq pozğunluğuna görə həbsxanaya göndərildi.
Fələstinin işğal olunmuş ərazilərində məskunlaşmış yəhudilərin çoxu İsrail dövlətinin rəsmilərinin və məhkəmə sisteminin fasid, yaxud qərəzli olmasına inanırlar. Əhalinin 92%-nin fikrincə, İsrail rejimində tanışlıq, qayda-qanundan daha üstün tutulur.
İsraildə çap olunan “Arutz Sheva” qəzetinin verdiyi məlumata əsasən, yanvar ayında keçirilən sorğuya görə, İsrail əhalisinin 72%-i ölkədə geniş korrupsiya olduğuna inanır. Sorğunun nəticələrindən məlum olur ki, işğal olunmuş ərazilərdə yaşayan sakinlər korrupsiya və fəsadın dərinliyindən və onun başında hakimiyyətin dayanmasından xəcalət çəkir.
Ötən bir neçə ayda İsrail KİV-i sionist rejimi rəsmiləri, hərbi qulluqçuları arasında əxlaq pozuntuları və korrupsiya xəbərləri ilə dolu olub.
Qəzetin yaydığı statistikada sorğuda iştirak edənlərin 16,9 faizi İsraili tam fasid, 55,7 faizi isə təqribən fasid dövlət hesab edir.

Migdam müəssisəsi vasitəsilə həyata keçirilmiş bu statistikada məlum olmuşdur ki, əhali həm seçkilərdə seçilmiş rəsmilərdən, həm də məhkəmə hakimlərindən naümiddirlər. İştirakçıların 58%-nin fikrincə hakimlərin səlahiyyətləri yoxdur və onların çoxları rüşvət alır. Əhalinin 92%-nin fikrincə İsrail rejimində tanışlıq, qayda-qanundan daha üstün tutulur.

İğalçı İsrail qondama baş nazirinin müavini və daxili işlər naziri Silvan Şalom 2015-ci ilin sonlarında seks qalmaqalı ilə bağlı istefa verməyə məcbur oldu. İsrailin sabiq baş naziri Ehud Olmert rüşvət almaqda və əxlaq pozğunluğuna görə həbsxanaya göndərildi. İsrailin ədalət naziri və sabiq xarici işlər naziri də eyni ittihamlara qarşılaşdılar. Bu da İsraildə baş verən korrupsiya, rüşvətxorluq və əxlaq pozuntularının başında dövlət rəsmilərinin dayandığını göstərir. Bu mövzunun davam etməsi son illərdə işğal olunmuş ərazilərin sakinləri arasında öz rəhbərlərinə qarşı inamsızlıq yaratmışdır.


1111 بازدید
در حال ارسال اطلاعات...