Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2016

İordaniya kralı özü də istəmədən hər şeyi açıb dedi

II Abdullahın sözlərinə görə Ərdoğan, regionda bir sıra böhranların həll olunmasında radikal-islamçı həll yollarından istifadə edilməsinə inanır
Sionist rejimin “Maariv” qəzetinin təhlükəsizlik məsələləri üzrə eksperti İordaniya kralı II Abdullahın İsrail ilə münasibətləri barədə məxfi müzakirələrini ifşa etdi.
Redaksiyamızın “Əl-Aləm” telekanalının xəbər saytına istinadla verdiyi xəbərə görə Yossi Melman “Abdullahın məxfi müzakirələri” adlı yazısında İordaniya kralının bu ilin əvvəllərində Amerika Konqresindəki açıqlamalarını izah edib.
Y. Melman “Middle East onlayın” qəzetində Məlik Abdullahın müzakirələri barədə verilən məqaləyə istinad edərək, Rusiyanın Suriyadakı hava qüvvələri ilə qarşılaşmaqda İordaniya kralının sionist rejim ilə əməkdaşlıq etməsindən xəbər verib.
Maariv qəzetinin yazdığına görə II Abdullah Amerika senatorlarına bildirib ki, 3 ay öncə general Gadi Eizenkot tərəfindən mesaj alıb. Mesajda ondan istənilib ki, Rusiya və İsrail ordusu arasında qarşıdurma olmaması üçün Rusiya ordusu ilə əlaqə yaratsın və Suriyadakı müharibə ilə bağlı birgə tədbirlər görsün.
Melman, kralın bu sözlərini İordaniya-İsrail xüsusi münasibətlərində nadir pəncərə kimi dəyərləndirərək yazır: “Ötən illərə nisbətən indi daha aydın olur ki, İordaniya və İsrailin ortaq maraqlar uğrunda qarşılıqlı müqavilələri vardır. Bu müqavilələr ölkə başçıları səviyyəsindən əlavə, ordu və qərargah başçıları səviyyəsində də xarakterizə olunur. Habelə, ortaq sərhədlər mövzusunda da əməkdaşlıqları vardır”.
Məlik Abdullahın sözlərinə əsasən, onun ölkəsi İsrail ilə hərbi sahədə, xüsusilə də Suriyada gedən hərbi hərəkətlər barədə əməkdaşlıq edir və uyğunlaşmalar aparır.
II Abdullahın Amerika Konqresindəki açıqlamaları İordaniyanın dünyanın hər yerində gedən hərbi əməliyyatlarda iştirakının həcmini ortaya çıxarır.
“Guardian” və “Middle East Eye” veb saytları M. Abdullahın açıqlamalarından Türkiyənin siyasətlərinin gizlinlərinin də ifşa olduğunu yazıblar.
II Abdullahın sözlərinə görə Ərdoğan, regionda bir sıra böhranların həll olunmasında radikal-islamçı həll yollarından istifadə edilməsinə inanır və terrorçuların Avropaya çatması Türkiyənin siyasətlərinin bir hissəsidir.
Digər tərəfdən İordaniya krallığı aparatı Məlik Abdullahın Ərəbistanın yaratdığı koalisiyanın məhdud olması barədə sözlərini təkzib edərək bildirib: “İordaniya və digər ölkələrin lüzum xarakteri daşımaması şərti ilə koalisiyaya qoşulmaları barədə deyilənlər düzgün deyil və bu, ölkəmizin Ərəbistanla tarixi münasibətlərini korlamaq məqsədi daşıyır”.


1296 بازدید
در حال ارسال اطلاعات...