Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2016

DİL BƏLASI

Az danışmaq sözbazların belini qırır
İmam Sadiq (ə) buyurur: «İnsanda təbii meyllərdən biri özünü göstərmək, tanıtmaqdır». Məsələn, uşaq bir şey eşitdikdə onu hamıya danışmaq istəyir və bununla da özünü hər şeydən başı çıxırmış kimi göstərir. Əslində uşağa aid olan bu xüsusiyyətə yaşlı adamlarda da təsadüf olunur. Amma özündə İslami əxlaqi cilvələndirmək istəyənlər belə xüsusiyyətlərlə mübarizə aparır və riyadan uzaq olmağa çalışırlar. Uşaq isə hətta namaz qılanda da başqalarından tərif umur.
Əqli yetkinliyə çatmamış insan uşaq kimidir. O, namaz qılarkən yalnız Allahın razılığını düşünməli olduğunu bilsə də yenə də başqalarının nəzərini güdür. Bu bəladan qurtulmağın səmərəli yollarından biri az danışmaqdır. Adətən, dilini boş saxlaya bilməyənlər elə öz danışıqları ilə xalis niyyə