Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2016

Böyük şəxsiyyətlərin günahı

Əgər bir adam başqasının əlindən çirkli bir suyu alıb içər və xəstələnərsə, burada suyu verən şəxsi yox, onu içən təqsirləndirilir
Cəmiyyətdə nüfuzlu şəxsiyyətlərin günahları adi adamların etdikləri günahlardan fərqlidir. Ona görə ki, adlı-sanlı adamların şəxsiyyəti iki cəhətdən formalaşıb:

1. Fərdi cəhət.
2. İctimai cəhət.


İctimai nüfuza malik olduqları üçün onların günah etməsi cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradıb, ətrafdakıları pis yola çəkə bilər. Adi bir nümunəyə diqqət edək: Əgər bir adam başqasının əlindən çirkli bir suyu alıb içər və xəstələnərsə, burada suyu verən şəxsi yox, onu içən təqsirləndirilir. Amma əgər bir şəxs çox gözəl xarici görünüşü olan bir dondurmanı alıb yesə və zəhərlənsə, burada don