Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2016

Elçilik hekayəsi

“Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”
“Subaylarınızı, əməli saleh qullarınızı və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz fəziləti ilə onları varlı edər. Allah geniş lütf və elm sahibidir”.
Çox yaxşı əxlaqı və yaxşı ailədən olan oğlan, bir qıza elçi gedir. Qızın atası oğlana deyir: - Sən yoxsulsan və mənim qızımın əzab-əziyyət çəkməyə dözümü yoxdur. Ona görə də qızımı sənə verə bilmərəm.
Bir müddətdən sonra imkanlı, lakin eyni zamanda pis əxlaqı olan bir oğlan həmin qıza elçi gəlir. Qızın atası oların izdivacına razılıq verir və oğlanın əxlaqı barədə deyir ki, inşallah, Allah onu hidayət edər, əxlaqı yaxşılaşar.
Atasının bu hərəkətini görən qız deyir: - Hidayət edən Allahın ruzi verən Allahla fərqi vardırmı?
Qeyd edək ki, o kişinin düşüncəsinin əksinə olaraq Qurani-kərim buyurur: “Subaylarınızı, əməli saleh qullarınızı və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz fəziləti ilə onları varlı edər. Allah geniş lütf və elm sahibidir”. (“Nur” surəsi, ayə 32.)
Bir neçə hədisə diqqət etmək yerinə düşərdi:
Rəsuli-əkrəm (s) buyurur: “Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar”. (“Biharul-ənvar”, c. 103,səh. 217, hədis 1.)
Rəsuli-əkrəm (s) buyurur: “Kim qadının gözəlliyinə görə onunla evlənsə, öz qəlbinin istədiyini onda görməyəcək. Kim qadınla onun var-dövlətinə xatir evlənsə, Allah-taala onu həmin mal-dövlətə tapşırar. Beləliklə, sizə dindar qadınlarla evlənməyi tövsiyə edirəm”. (“Biharul-ənvar”, c. 103, səh. 235, hədis 19.)
Rəsuli-əkrəm (s) buyurur: “Bir nəfər sizə elçiliyə gələn zaman dindarlığını və əmanətdarlığını bəyənsəniz, ona qız verin. Belə etməsəniz, yer üzündə çox fəsadlar və pozğunluqlar törəyəcək”. (“Biharul-ənvar”, c.103,səh. 372, hədis 3.)
Rəsuli-əkrəm (s) buyurur: “Hər kəs qızını fasiq və imansız adama ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir”. (Məhəccətul-beyza 3/ 94.)