Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

Haqq iddiaçılarının zülm qarşısında sükutu

Bir hakimiyyət cəmiyyətlərin, yaxud bir cəmiyyətin bütün imkanlarını ələ keçirib tüğyan yolunu seçdikdə...
İmam Hüseyn (ə) bu hərəkəti etməyəcəyi təqdirdə onun bu imzasının, bu sükutunun İslamın başına nə gətirəcəyini bilirdi. Bir hakimiyyət cəmiyyətlərin, yaxud bir cəmiyyətin bütün imkanlarını ələ keçirib tüğyan yolunu seçdikdə, haqq adamları və iddiaçıları onun qarşısında dayanmasalar, onun hərəkətinə qarşı çıxmasalar, bu əməllə onun işini təsdiq etmiş olurlar. Yəni zülm özləri istəmədən haqq tərəfdarları tərəfindən imza olunur. Bu, o zaman Bəni-Haşim böyüklərinin, erkən İslam çağının böyük şəxsiyyətlərinin övladlarının düçar olduğu günah idi. İmam Hüseyn (ə) buna dözmədi və buna görə də qiyam etdi.