Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2016

Vilayət, dünyanın son sözüdür

Dünyaya məsum imam (ə), yaxud onun nümayəndəsi hökumət etməlidir
Ərdəbildə cümə namazına rəhbərlik edən Ayətullah Füruği, namazın xütbələrində camiədə iğtişaşların, narahatlığın qarşısının alınması üçün son söz sahibinin olmasının zəruriliyini vurğulayıb və İnqilabın Böyük Rəhbəri həzrət Ayətullah Xameneini camiənin son söz sahibi adlandırıb.
Ustad Füruği deyib: "Ali Məqamlı Rəhbər (Allah onu qorusun), vilayət və bizim həyatımızın son söz sahibidir. Camiədə son söz sahibi olmasa, iğtişaş yaranır. İslam dünyasının, hətta bütün dünyanın problemi onun son söz sahibinin olmamasındandır. Həqiqətdə bəşər üçün heç bir sığınacaq yoxdur. Kimin sözünü qəbul edək? Kimə pənah aparaq? Kim son qərarı verməli, son sözü deməlidir? Kim ədalətlə danışmalıdır və haqqa əməl etməlid