Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2016

HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?

Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər
Bizim ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqında buyurulur: «Namaz dinin sütunudur». («Biharul-ənvar», cild 82.) Görən bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir. Ən əsası isə əksər insanlar namaz halında diqqət və səmimiyyətdən faydalana bilmirlər. Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət ed