Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2016

İsrail XİN-nin kadrlar komitəsinin sədri: “Xarici İşlər Nazirliyi çökür”

Xarici işlər nazirliyi dağılmaq üzrədir və İsrailin xarici xidmət sahələri böhranlı vəziyyətdədir
Büdcənin bərk azalması İsrailin 5 nümayəndəliyinin bağlanmasına, diplomatların xidməti tərk etmələrinə, nazirliyin mühüm vəzifələrinin kadrlarla təmin edilməsində problemlərə səbəb olmuşdur.
“Yediot Aharonot” qəzetinin verdiyi xəbərə görə, İsrail səfirlərinin 2016-cı il fevral ayının ilk həftəsində toplaşdığı konfrans çox soyuq və narahatedici atmosferdə olub. İsrail XİN-nin kadrlar komitəsinin sədri Hannan Guder konfransın xitamında deyib: “Xarici işlər nazirliyi dağılmaq üzrədir və İsrailin xarici xidmət sahələri böhranlı vəziyyətdədir”.
O əlavə edib: “Dövlət bir ildir ki, bizə problemlərimizi həll edəcəyini söz verir. Halbuki, səfirlərin XİN-ni tərk etməsi dalğası günbəgün artır. Hətta, kadrlardan bəziləri milli təhlükəsizlik idarəsinə gedib”.
H. Goder bu konfransda diqqəti çəkən statistikaları təqdim edərək deyib: “Hal-hazırda İsrailin dünya üzrə 106 nümayəndəliyi vardır. Halbuki, Yunanıstanın 142, Hollandiyanın 141, İsveçrənin 124, Türkiyənin 223, Misirin 166, İranın 142 diplomatik nümayəndəliyi vardır. Bu müqayisə və 5 nümayəndəliyin bağlanmasından sonra indi İsrail və Fələstin Muxtar Hökumətinin eyni sayda səfirliyi vardır”.
Xəbərə əsasən, İsrailin baş naziri Libermandan intiqam almaq niyyətilə Belarusiyada səfirliyin bağlanmasına göstəriş verib və məsələnin qabarmaması üçün digər dörd səfirliyin bağlanmasına da fərman verib.
İsrail səfirlərinin fikrincə, eyni zamanda xarici işlər naziri olan baş nazirin İsrailin beynəlxalq təcriddə olduğu və öz beynəlxalq qanuniliyini itirdiyi bir vaxtda bu hərəkəti nazirliyi çökmə durumuna gətirib.