Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

“5+1 mərd olsun, yalan danışmasın!”

İran İslam Respublikasından başqa heç bir ölkə ABŞ və İsrailin qürurunu, təkəbbürünü qıra bilməyib. ABŞ İraqla müharibədə nəhayət İrana ağız açmalı oldu...
İran İslam İnqilabi Keşikçiləri Korpusunun (Sepah) Qüds qüvvələrinin komandan əvəzi İsmail Qaani deyib: 5+1 mərd olsun, yalan danışmasın. Müzakirə masası arxasında bir söz danışırlar, tribunaya keçəndə başqa bir söz.
Fars xəbər agentliyinin Məşhəddən verdiyi xəbərə görə (sərdar) İsmail Qaani İmam Rizanın (ə) hərəmində Astani-quds-Rəzəvi Gəncləri İnstitutunda keçirdiyi silsilə görüşlərdə deyib: İran İslam Respublikasından başqa heç bir ölkə ABŞ və İsrailin qürurunu, təkəbbürünü qıra bilməyib. ABŞ İraqla müharibədə nəhayət İrana ağız açmalı oldu.
Cənab Qaani vurğulayıb: Amerikalılar Əfqanıstan və İraqda büdcədən pul xərclədilər, gənclərini qurban verdilər. Nəticəsi hörmətsizlik oldu və bu gün bütün dünya Amerikanı ittiham edir.
(Sərdar) Qaani sözünün davamında deyib: Amerikalılar 11 sentyabr hadisələrində bir iş qurdular və bu bəhanə ilə 14 il Əfqanıstanda cinayət törətdilər. Əl-Qaidəni bəhanə gətirərək İranla bağlı məqsədlərinə çatmaq istəyirdilər.
Cənab Qaani Suriya məsələsinə münasibət bildirib: Suriya böhranı bu ölkənin daxili işidir və ABŞ-a heç bir aidiyyatı yoxdur. Amma Ağ Ev Suriyanın daxili işlərinə qarışaraq bu ölkədə müharibə alovu şölələndirib.
Qaani deyib: Qərb əvvəllər Suriya böhranının yalnız hərbi yolla həllinə çalışırdı. Amma Suriyada müqavimətlə qarşılaşıb böhranın siyasi həlli variantını ortaya atdı. Onlar Suriya böhranına münasibətdə daim mövqelərini dəyişirlər. Amma İran sabit mövqe tutub və bu mövqedə qalacaq.
İsmail Qaani deyib: İraqın İrana təcavüzü qərb və şərq imperialistlərini birləşdirən yeganə müştərək nöqtə idi. Səkkiz illik müharibədə itki versək də düşünürəm ki, faydalarımız da olub. Bu müharibədə heç bir universitetdə tərbiyə olunmayan insanlar tərbiyə olundu.
Qüds qüvvələrinin komandan əvəzi deyib: Həmin müharibə düşüncə və əqidə müharibəsi idi. Çünki inqilabımız İslam inqilabı idi və həmin müharibədə Livan Hizbullahının bünövrəsi qoyuldu. Bəli, bizim fəaliyyətlərimiz gələcəyə hesablanıb və bünövrəlidir. O zamandan bu günədək eniş-yoxuşlardan keçib yüksələn xətlə hərəkət etmişik. Amma ABŞ və İsrail, o cümlədən onların arxasınca gedənlər süquta uğramaqdadır.
Qüds qüvvələri komandanı əvəzi Qaani deyib: Bu gün ABŞ hər yerdə İran İslam Respublikasının iqtidarını görür. Onlar terror maşınını işə salıb. Terrorizm sərhədsiz müharibə deməkdir. ABŞ və İsrail terrorizm vasitəsi ilə istədikləri yerdə müharibə alovu yandırır, sonra isə kimsə bu cinayətlərə görə məsuliyyət daşımır.

Nur-az.com/Tabnak


1295 بازدید
در حال ارسال اطلاعات...