Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Tövhid

“...Həqiqətən, Allah tək bir tanrıdır...”
Allah-Taala tövhid barəsində buyurur: “Allahla yanaşı başqa tanrı qəbul etmə...” (“İsra”, 22.)

“Tövhid” biri demək, biri etməkdir. Birinci mənada (danışıqda) tövhid, imanın mərifətin başlanğıcına olan şərti və Allahın vəhdaniyyətinin təsdiqi mənasındadır. “...Həqiqətən, Allah tək bir tanrıdır...” (“Nisa”, 171.)
İkinci mənada (əməldə) tövhid, imandan sonra hasil olan mərifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli, nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və “Allahın üluhiyyətdə şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsindən “Allahın vücudda şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsinə çatar.
Bu mərtəbədə Allahdan savayı hər bir şey salik üçün hicab olar və Allahdan qeyrisinə nəzər salmağı “mütləq şirk” hesab edər və bu halın dili ilə deyər: “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (“Ənam”, 79.)


916 بازدید
در حال ارسال اطلاعات...