Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2016

Hardadaır Tariq Əziz?!

Zərif Ərəbistana xəbərdarlıq etdi
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü sammiti çərçivəsində xarici işlər nazirlərinin toplantısı keçirilib. Misirin sədrliyi ilə “Ədalət və sülh üçün birlik və əməkdaşlıq” devizi altında keçirilən toplantıda regiondakı münqaişələrlə bağlı fikir ayrılıqları özünü göstərib. İran İslam Respublikasının xarici işlər naziri Məhəmmədcavad Zərif Səudiyyə Ərəbistanının İran, Hizbullah, müqavimət hərəkatına yönəli dağıdıcı siyasətlərini cavabsız qoymayıb. Toplantının layihə bəyanatında İrana yönəli dörd, Hizbullaha yönəli bir bəndə etiraz olaraq Zərif deyib: Bu bəyanat sionist rejimin maraqlarına xidmət edir. İraqın təcavüzkar müharibəsi zamanı toplantıda İraq xarici işlər naziri İran əleyhinə bəndləri təsdiqlətdirdi. Biz buna əhəmiyyət vermədik.