Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

Bilalın Allah yanında uca məqamı

Bilal azanı mənə görə deyir, başqalarına görə yox
“Camiun-nurəyn” kitabında yazılıb: 

Cəbrail (ə) Allah tərəfindən azan əmrini gətirdikdən sonra Rəsuli-Əkrəm (s) Bilala azanı təlim verdi və o, Peyğəmbərin (s) ilk azan verəni oldu. Hətta, Məkkə fəth olduqdan sonra Peyğəmbərin (ə) göstərişi ilə Kəbə evinin üstünə çıxıb ilk azan deyən Bilal olmuşdur.
Bilal “ş” hərfini düzgün deyə bilmir və onun yerinə “s” deyirdi. Ona görə azanda da “Əşhədu ənla ilahə illəllah” əvəzinə “Əshədu ənla ilahə illəllah” deyirdi. Münafiqlər onun azan deməsinə gülür və hərəsi bir söz deyirdi. Biri deyirdi: Adam yoxdurmu, bu qara qarğanı Kəbə evinin üstünə çıxarıblar, o da hərfi düz deyə bilmir, “ş” hərfinin əvəzinə “s” deyir. Digəri deyirdi: “Xoş atamın halına öldü, Bilalın səsini eşitmədi”. Biri deyirdi: Görəsən, Muhəmməd (s) Kəbə evinin üstünə bu qara qarğanı niyə qondurub?!
Münafiqlərin bu tənələri müsəlmanlara ağır gəldi və bunu Peyğəmbərə (s) xəbər verib, ondan xahiş etdilər ki, azan deməyi başqa birisinə tapşırsın. Peyğəmbər (s) buyurdu ki, Bilal hələlik azan deməsin. Bu xəbər Bilala çatdıqda onun qəlbi sındı.
Cəbrail nazil olub dedi: “Ey Allahın rəsulu! Haqq Taala buyurur ki, Bilaldan başqa müəzzin (azan deyən) yoxdur ki, azan desin. Bilal, Mənim evimin üstünə çıxsın və azan desin. Çünki Bilal azanı mənə görə deyir, başqalarına görə yox. Biz onun “s” hərfini “ş”-nın yerinə qəbul edirik”.


1858 بازدید